Gələcək smartfonların renderi üzrə məşhurlaşmış Wagar Khan bu dəfə hələ təqdim edilməmiş Google Pixel 3 XL smartfonunun video çarxı və şəkillərini yayıb.
Belə ki, Google Pixel 3 XL smartfonu üç rəngdə təqdim oluna bilər: ağ, qara və nanə rəngli. Ağ rəngli smartfonda on/off düyməsi narıncı rəngdədir. İki rəngli arxa panel tamailə şüşədən ibarətdir. Arxa paneldə bir kamera və barmaq izi skaneri var. Ekranda iPhone stilində kəsikdən istifadə edilib. Google Pixel 3 vı Pixel 3 XL smartfonunun anonsu oktyabr ayının 9-na nəzərdə tutulub.