Consumer Reports nəşrinin hazırladığı reytinqdə müasir zamanın ən yaxşı smartfonu adına Samsung Galaxy Note 9 cihazı layiq görülüb. Müəlliflərin sözlərinə görə, Note 9 bazarda ən balanslı smartfondur. Yüksək keyfiyyətli kamera, güclü batareya, funksionallıq və sürətli performansa sahib Note 9 cihazı Consumer Reports ekspertlərinin gözündə hətta iPhone XS Max flaqmanından yüksəkdə yer alıb.
Galaxy Note 9 şüşə korpusa baxmayaraq düşüşlərə çox dayanıqlıdır. Aparılan sınaqlarda Note 9 smartfonu 100 dəfə yerə atılıb, lakin hər iki şüşə örtük qorunub. Cihazın yeganə mənfi cəhəti kimi ekspertlər onun qiymətini göstəriblər. Belə ki, alıcılar smartfona təxminən 1000 dollar pul ödəməyə hazır deyillər.