spot_img
22 ноября, 2024
ДомойТелекомСобытияMobil cihazların qeydiyyata alınmasına görə yeni dövlət rüsumları qüvvəyə minir

Mobil cihazların qeydiyyata alınmasına görə yeni dövlət rüsumları qüvvəyə minir

2018-ci il iyul ayının 31-də Azərbaycan Respublikasının Nazirlər Kabineti “Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”ndə edilən dəyişikliklər barədə qərar dərc edib. Həmin qərara əsasən bazar qiyməti 100 ABŞ dollarından çox olmayan və foto-video çəkiliş funksiyası olmayan, habelə internetə girişi dəstəkləməyən mobil qurğulara 20 manat həcmində dövlət rüsumu tətbiq olunacaq. Qeydiyyata alındığı vaxt markası, modeli və bazar qiyməti Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinin rəsmi saytındakı kataloqda göstərilməyən cihazların qeydiyyatına görə də həmçinin 20 manat həcmində dövlət rüsumu tətbiq olunacaq. Digər hallarda isə şəxsi istifadə məqsədli mobil cihaz alan fiziki şəxslər üçün dövlət rüsumu aşağıdakı qaydada müəyyənləşir:

  • Cihazın bazar qiyməti 100 dollaradək olduqda — 30 manat
  • Cihazın bazar qiyməti 101-dən 200 dollaradək olduqda — 50 manat
  • Cihazın bazar qiyməti 201-dən 400 dollaradək olduqda — 60 manat
  • Cihazın bazar qiyməti 401-dən 700 dollaradək olduqda — 70 manat
  • Cihazın bazar qiyməti 701-dən 1000 dollaradək olduqda — 100 manat
  • Cihazın bazar qiyməti 1001 dollar və daha çox olduqda — 150 manat

Qeyd edək ki, indiyədək şəxsi istifadə məqsədli mobil cihaz alan fiziki şəxslər üçün dövlət rüsumu cihazın bazar qiymətindən asılı olmayaraq 5 manat təşkil edirdi. Yeni qərar dərc olunduğu tarixdən qüvvəyə minib.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,991ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -