Cənubi Koreya brendi olan Samsung dünyada smartfon bazarında liderdir, lakin, adlı-sanlı şirkət biznes strategiyasını fərqli gördüyü üçün liderliyi əldən verir. Belə ki, smartfon istehsalçıları üçün ən mühüm bazarladan olan Hindistanda smartfon satışlarında ilk pilləyə Çin brendi Xiaomi çıxıb. Xiaomi-nin bazar payı 27%-ə çatıb, Samsung-da isə bu göstərici 25% təşkil edir.
Analitiklərin sözlərinə görə, artıq alıcılar ortaq qiymət seqmentinə aid smartfonlara daha çox üstünlük verir ki, burada da Xiaomi rəqib tanımır. Artıq auditoriya A klas smartfonları almır, çünki büdcə smartfonlar flaqmanlarla təxminən eyni işi görür, alıcılar isə bahalı korpus, keyfiyyətli kamera və görünüşə artıq önəm vermir. Ekspertlər bildirir ki, Samsung şirkətini Sony-nin aqibəti gözləyir. Çünki eynilə Sony kimi şirkət büdcə smartfonları istehsal etmək qabiliyyətini itirib və bazarda rəqiblərinə məğlub olur.