Mercedes-Benz şirkəti elektrik ilə çalışan maşınlar üzrə planını yerinə yetirməyə başlayıb. Alman şirkəti növbəti 5 il ərzində üç fəqrli qitədə ümumilikdə 6 zavod tikəcək. Bu zavodlar Almaniya, Fransa, ABŞ və Çində tikiləcək. Artıq gələn ili Mercedes-Benz EQ markalı ilk elektrik krossoverin təqdim ediləcəyi gözlənilir.
Şirkət Almaniyadakı zavodlara yatırım edib, bu il isə 1 milyard dollar məbləğində investisiya ABŞ-da tikiləcək zavodlara yatırılıb. Mercedes bu maşınların batareyalarının vacib hissə olduğunu və buna görə də onların məhz Mercedes-Benz zavodlarında hazırlanacağını qeyd edib. Xatırladaq ki, 2022 ilədək Mercedes-Benz ağıllı «Mercedes Smart» maşınını da təqdim edəcək.