spot_img
22 ноября, 2024
ДомойТелекомСобытия30 may ADA Universitetində III Big Data Day Baku 2017 Beynəlxalq Forumu...

30 may ADA Universitetində III Big Data Day Baku 2017 Beynəlxalq Forumu keçiriləcək

Günümüzdə geniş istifadə olunan İnternet servisləri, Veb və Mobil tətbiqlər və Mobil Rabitə bir çox ehtiyaclarımızı qarşılamaqla yanaşı iri həcmlərdə verilənlərin yaranmasına böyük təkan verir (zəng tarixçələri, mətnlər, emaillər, sosial mediadakı yenilənmələr, şəkillər, videolar, məkan məlumatları və s.). Baxmayaraq kı, müasir kompyuterlərin güclü hesab edildiyi bir dövrdə yaşayırıq, biznes və dövlət orqanları bu cür nəhəng verilənləri informasiya olaraq idarə etmək, analiz və vizuallaşdırmaq kimi böyük çətinliklərlə qarşılaşır. Qeyd edək ki, bu verilənlərin 90% -dən artığı struktursuzdur, yəni bu cür verilənlər üçün əvvəlcədən təyin edilmiş hər hansı struktur və model yoxdur. Adətən, struktursuz verilənlərə Verilənlər Təhlili (Data Mining), Verilənlər Çıxardılması (Data Extraction) və qabaqcıl Verilənlər Analitik Texnologiyaları tətbiq edilmədikcə faydasız yaddaş olaraq görünür. Eyni zamanda əgər verilənlərinizi emal edib, başa düşə bilirsinizsə, bu verilənlər sizin üçün çox dəyərli olacaqdır, əks halda, faydasız olaraq da qalacaqdır.

Big Data Day Baku 2017 Beynəlxalq Forumu (BDDB2017), böyük həcmli verilənlər mövzusunda keçirilən tədbirdir və bu il «Böyük Həcmli Verilənlərin Böyük Biznes Dəyərə Çevrilməsi» şuarı altında Bakıda, BP şirketinin dəstəyi ilə qurulmuş Verilənlər Elmi Araşdırma ve Təlim Mərkəzi ve CeDAWI (Verilənlərin Analitikasi və Veb Texnologiyaları Mərkəzi) təşkilatçılığı, IEEE Kompyuter və Komunikasiya Cəmiyyətlərinin Azərbaycan şöbələri texniki dəstəyi ilə 30 may 2017-ci il tarixində ADA Universitetində keçiriləcəkdir. Konfransın rəsmi partnyoru BP, innovativ partnyoru IBM, sənaye pertnyoru isə Oracle şirkətidir. Tədbirdə böyük həcmli verilənlərin sahəsində taninmiş tedqiqatçılar ve öz həlləri ilə tanınmış qlobal və yərli şirkətlərin ekspertləri məruzələrlə çıxış edəcəklər.
Tədbirin əsas məqsədi, cəmiyyətdə Böyük Həcmli Verilənlərin (Big Data) gətirdiyi yeni imkanlar və çətinliklər haqqında fikirləri daha da artırmaq, biznes, sənaye və dövlət orqanları ilə verilənlərin analizi texnologiyalarının inkişafına dair təcrübələri paylaşmaq, tələbələri və gənc tədqiqatçıları bu sahədə karyera qurmağa və Verilənlər Elmi (Data Science) sahəsində tədqiqat aparmağa həvəsləndirməkdir.

ƏHATƏ OLUNACAQ MÖVZULAR:

• Böyük Həcmli Verilənlərin arxitekrurası, açıq platformalar və alət dəstləri
• Böyük həcmli verilənlərin analitikası, modelləşdirilməsi və vizuallaşdırılması
• Böyük Həcmli Verilənlər xidməti kimi
• Şaquli sənaye üçün Böyük Həcmli Verilənlər (Dövlət, Səhiyyə, Enerji, və s.)
• Müəssisə transformasiyasında Böyük Həcmli Verilənlər
• Sənaye 4.0 və İoT-də Böyük Həcmli Verilənlər
• Multidisiplinar tədqiqatlarda Böyük Həcmli Verilənlər
• Smart-şəhər həllərində Böyük Həcmli Verilənlər
• Mətn analitikası və təbii dil emalı
• Maşın öyrənmə və dil texnologiyaları
• Verilənlər elmində aktual mövzular

TƏDBİRİN HƏDƏF AUDİTORİYASI:
• Çox-sahəli bizneslər və təşkilatlar (Maliyyə, Bank, Enerji, Pərakəndə, Telekom, Marketinq, Dövlət, Kiber-Təhlükəsizlik, Səhiyyə)
• Sahibkarlar
• İT mütəxəssislər
• Tələbələr (tələbələrin iştirakı çox əhəmiyyətlidir)
• Alimlər və Tədqiqatçılar
• Dövlət nümayəndələri

Daha öncə keçirilmiş tədbirlər haqqında bu keçidlərdən istifadə edərək öyrənə bilərsiz: BDDB2016 www.cedawi.org/BDDB2016 və BDDB2015 www.cedawi.org/BDDB2015.

BDDB2017 forumunun proqramı ilə ətraflı tanış olmaq və qeydiyyatdan keçmək üçün: www.cedawi.org/BDDB2017. Əlavə məlumat üçün +994 12 437 3235 (ext.374, 356) telefon nömrəsi və ya [email protected] elektron poçtu ilə əlaqə yarada bilərsiz.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,991ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -