Facebook-un baş direktoru Mark Zuckerberg virtual reallıq sektorunun növbəti 5-10 il ərzində inkişafı üçün $3 milyard dollar investisiya yatırmağı düşünür.
Bu sektora olan maraq hələ Zuckerberg-in Oculus şirkətini 2.7 milyar dollara satın aldığı zamandan bəri müşahidə olunurdu. Facebook başçısı virtual reallığı gələcəyin mühüm innovativ sahələrindən biri hesab etdiyini dəfələrlə qeyd edib.