spot_img
22 ноября, 2024
ДомойSoftwareИгрыSherlock Holmes: The Devil’s Daughter icmalı

Sherlock Holmes: The Devil’s Daughter icmalı

Şerlok Holms haqqındakı oyunlar çoxdandır ki, mövcuddur. Bu illər ərzində Frogwares studiyası oyunun əsas konsepsiyanı dəyişdirib ona müxtəlif əlavələr etsə də, əsl həlledici texniki dəyişiklər oyunun sonuncu Crimes & Punishments seriyasında baş vermişdi. Janr yaranandan bəri onu müşaiyət edən bütün şərtliliklər bu dəfə tərtibatçılar tərəfindən bilə-bilə rədd edildi. Süjet sanki istintaqla gərgin məşğul olan, dəlil toplayıb onları tutuşduraraq növbəti tapmacanı həll edən detektiv haqqında bəhs edir. Crimes & Punishments seriyasının tərtibatçıları bu dəfə bilavasitə dahi detektivin axtarış fəaliyyətini diqqət mərkəzinə gətiriblər. Janrın Murdered: Souls Suspect və ya L. A. Noire digər nümunələrində oyunçu özünü polis işinin ustası kimi işlə bağlı hadisələrin necə cərəyan etməsi barədə birbaşa hekayətin hesabına hiss edə bilirdi. Axı belə növ oyunlarda detektiv tək yox, bir neçə baş qəhrəmanlardan biridir. Frogwares isə məsələyə bir qədər fərqli yanaşdı və nəticədə Şerlok Holms Crimes & Punishments əhvalatında istintaqın əsas aparıcı qüvvəsinə çevrildi. Burada ssenariyə məhz Holms hərəkət etdirir.

Sherlock Holmes: The Devil’s DaughterOyun prosesi baxımından The Devil’s Daughter o qədər də kəskin dəyişikliklər görməyib. Frogwares bu dəfə yeni seriyaya bütün əsas məqamları, o cümlədən, deduktiv nəticəçıxartma sistemini və axtarış işinin öncəliklərini dəyişiklik etmədən daşıdı. Əvvəllər də olduğu kimi, axtarış davam edərkən Şerlok bir çox dəlil tapır, müxtəlif insanları sorğu-suala tutur, daha sonra da xırda detallardan ümumi mənzərəni quraşdırır. Lakin bu detalları birləşdirərkən qarşınıza mütləq yol ayrıcı çıxır. Buradan səhv istiqamətdə davam etmək isə işinizi məhv edə bilər.

Sherlock Holmes: The Devil’s DaughterŞerlok artıq Ceremi Brettə oxşamır. İndi Şerlokun siması Robert Dauni Cunior, Ceremi Brett və Benedikt Kamberbetç simalarının bir növ sintezidir. Baş qəhrəman emosionallığa yad deyil, üstəlik, öz ögəy qızına olduqca bağlıdır. Onların arasındakı bağlılıq bütün hekayə boyu diqqət mərkəzindədir və sonunda əhvalatın mənasını açmağa kömək edir. Hər şey burada nüanslara bağlıdır. Hər növbəti iş ayrı bir macəradır və bu macəraların heç biri dahi xəfiyyəyə həsr olunmuş klassik ədəbiyyat süjetlərində yer almamışdı. Bütün oyun boyu Artur Konan Doylun hekayələrinin birində bəhs edilən hadisəyə bənzərlik sadəcə bir məqamda özünü göstərdi. Çox güman ki, bunu da Konan Doylun əsərinin heyranlarına görə ediblər. Söhbət ögər atası və anası ilə yaşayan gənc qızın qəribə adaxlısının çıxartdığı oyunlardan gedir. Bunun xaricində bütün əhvalatlar unikaldır, odur ki, onların sirrini açmaq əsl ləzzət verir.

Sherlock Holmes: The Devil’s DaughterHolms gah qəribə ovcudan qaçıb meşədə gizlənməklə, gah ona qarşı kimin sui-qəsd etmək istəyənin kim olduğunu öyrənmək üçün ötüb keçən zamanlar baş vermiş hadisələri yaddaşında bərpa etməklə, gah da ki, Londonda faciəyə səbəb olan cinayətkarı axtarmaqla məşğuldur. Bəzən o, libasını dəyişdirib keşiş paltarına bürünəcək. Əlbəttə, The Devil’s Daughter tam mənada macəra janrına aid macəra oyunu sayıla bilməz. Bunun üçün, deyəsən, büdcə çatmayıb. Oyunun qrafikası müasir standartlara görə bir qədər zəifdir, bəzi səhnələrin idarəolunması isə qeyri-kafidir. Aydındır ki, tərtibatçı heyət Şerlok Holms haqqındakı ayrı-ayrı hekayələri bir araya gətirməyə cəhd edib, lakin nəticə geymerləri məmnun edə bilməyib.

Sherlock Holmes: The Devil’s DaughterAyrı-ayrılıqda The Devil’s Daughter elementlərinin hər birini tənqid atəşinə tutmaq çətin iş deyil, amma, düzü, bunu etmək istəmirsən. Doğrudur, burada texnoloji mənzərə mükəmməl deyil, ümumi süjet xətti də açıq-aşkardır. Üstəlik, mənfi obraz olduqca karikatura üslubunda yaradılıb. Bütün bunlara baxmayaraq Frogwares ən əsas şeyə — həm Şerlok Holms pərəstişkarlarını, həm də geymerləri məmnun edə biləcək oyun yaratmağa nail olub. Bazara lap bu yaxınlarda çıxan kiçik studiya üçün bu, böyük nailiyyətdir. Odur ki, davamı gəlsin!

  • Buraxılış tarixi: 10 iyun 2016
  • Tərtibatçı: Frogwares
  • Nəşredən: Bigben Interactive
  • Janr: Приключения
  • Platforma: PC, PlayStation 4, Xbox One
  • Yaş həddi: 16+
  • Rəsmi sayt: http://sherlockholmes-games.com

6РС üçün tövsiyə olunan sistem tələbləri:

  • Əməliyyat sistemi: Windows 7 / 8.1 / 10 (64 bit);
  • Prosessor: Intel Core i5 2100 3,1 GHz / AMD A8-7600 3,1 GHz;
  • Əməliyyat yaddaşı: 8 Gb;
  • Videokart: ATI R9 270X 2048 Мb / NVIDIA GeForce 760 GTX 2048 Мb və üstü;
  • 20 Gb boş yer;
  • DirectX 11.
НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,991ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -