Çin istehsalçısı One Plus-ın iki versiyada yeni flaqmanları təqdim edəcəyi barədə şaiyələri təsdiqləyib. Bundan başqa yeni smartfonların qiyməti, xüsusiyyətləri və buraxılış tarixi haqqında da məlumat yayılıb.
Belə ki, “flaqmanların qatili”-nin arsenalına daxil olacaq: Snapdragon 820 prosessoru, 4 GB operativ yaddaş (RAM) və 32 GB daxili yaddaş. İkinci versiyada isə mühəndislər operativ yaddaşı 6 GB-dək, daxili yaddaşı isə 64 GB-dək artıracaqlar.
Yeni flaqmanın qiyməti 310 dollar təşkil edəcək. Daha güclü versiyanın qiyməti barədə məlumat yoxdur. Smartfonun təqdimatının 18 may olacağı deyilir, satışa isə iyunun əvvəlində çıxarılacağı gözlənilir.