spot_img
22 ноября, 2024
ДомойТелекомСобытияNəyə görə potensial müştəri sizin saytınıza maraq göstərmir?

Nəyə görə potensial müştəri sizin saytınıza maraq göstərmir?

Veb-dizaynda bir ciddi problem var: əgər siz saytınızı ziyarət edənlərin müştəri, ya da abunəçilərə çevrilmələrini istəyirsinizsə, onda onların nəyə görə saytınızı tərk etdiklərini öyrənməlisiniz. Başqa sözlə, araşdırmanı tərs tərəfdən başlamalısınız.

Hər nə isə, ziyarətçilər gəlib iz-toz buraxmadan gedirlər. Yaxşı, bəs onların nə üçün gəlib nə istədiklərini necə öyrənmək olar? Onları hərəkətə keçirmək öçön nə etmək lazımdır? Bunu necə öyrənə bilərik?

Əgər sizin müştərilərlə üz-üzə gələ biləcəyiniz adi fiziki mağazanız olsaydı, yəqin ki, onlara nəyə görə alış-veriş etmədən çıxıb getmək istədikləri barədə sual verib iradlarını eşidərdiz, ya da narazılıqlarının səbəbini dodaqaltı deyinmələrindən anlaya bilərdiniz. Onlayn mağazada isə işlər bir qədər daha mürəkkəbdir. Amma nə qəm? Mümkün olmayan şey yoxdur! Aşağıda sizə itirdiyiniz müştəriləri anlamağa kömək edən 14 alət təqdim edirik.

1. Google Analytics

google_analytics

Ziyarətçilərinizin haradan gəldiklərini, hansı keçidlərdən istifadə etdiklərini Google Analytics (www.google.com/analytics) vasiyəsilə müəyyən edin.

Ziyarətçiləri başa düşmək məsələsində istənilən veb-analitika olduqca vacibdir.

Baxmayaraq ki, Google Analytics pulsuzdur, bu alət olduqca mürəkkəbdir və veb-saytların əksəriyyəti üçün ətraflı məlumat təqdim etməyə qadirdir.

Tövsiyə edilən mənbələr: veb-analitikada daha çix bilik əldə etmək istəyirsinizsə, sizə Avinaş Koşikin bloqunu və kitabını oxumağı tövsiyə edirik.

2. Crazy Egg

crazzyegg_1 copy

Çox asanlıqla anlaşılan və təhlil edilən Crazy Egg (www.crazyegg.com) termoxəritələri sizə ziyarətçilərin (keçidlərdən istifadə etməsələr belə!) hara kliklədiklərini göstərəcəklər.

Google Analytics sizə ziyarətçilərin istifadə etdikləri keçidləri, Crazy Egg isə məhz hansı yerin klikləndiyini göstərir.Beləliklə, Crazy Egg sizə keçidlərdən kənar edilən klikləri də göstərəcək. Bu məlumatlar termoxəritə kimi əks olunur.

Belə yanaşmanın bir neçə müsbət cəhəti var, o cümlədən:

1. Crazy Egg sizə hətta kliklənə bilməyən elementləri də göstərəcək. Madəm ki, ziyarətçilər keçid olmayan yerlərə klikləyirlərsə, bu barədə düşünmək lazımdır, elə deyilmi? Misal üçün, baxıb görürsünüz ki, ziyarətçilər məhsulun fotosunu klikləyirlər. Belə halda kliklənən sahəni böyütmək, çıxan pəncərədə daha çox məlumat vermək, ya da ki, həmin fotonu naviqasiya elementinə çevirmək lazım ola bilər.
2. Bu yanaşma sizə sayta gözucu baxışlardahansı hissələrin daha çox diqqət cəlb etdiyi barədə də məlumat verər. Bu, veb-analitinadan başı çıxmayanlara məlumat təqdim etmək məsələsində xüsusilə vacib ola bilər.
3. Əgər eyni URL-ə saytdakı keçidlərin birdən birə bir neçəsi aparırsa (misal üçün, konkret məhsulun səhifəsinə), belə halda Crazy Egg sizə hansı keçidlərin daha çox klikləndiyini, hansıların isə diqqətə alınmadığını göstərəcək. Bu mümkündür, sadəcə bir az tənzimləmə ilə məşğul olmaq gərəkəcək.
4. Heç düşünmüsüzmü, saytınızı ziyarət edənlər səhifəni nə qədər aşağı gətirib baxırlar? Crazy Egg bunu sizə sadə yol ilə, termoxəritə şəklində göstərə bilər. Həmin xəritə səhifəyə baxışın ortahesab vaxtına görə tərtib olunur. Səhifəniz uzundursa, belə məlumat sizin üçün olduqca faydalı olacaq: bu məlumatların sayəsində məzmunun hansı hissələrinin daha çox diqqət cəlb etdiyini, müştərilər üçün daha vacib olduğunu görə biləcəksiz.

Tövsiyə: Saytınızın daxili səhifə sayı çoxdursa, Crazy Egg-i gəlir və trafik baxımından ən vacib səhifələrə, habelə səmərəlilik baxımından problemli ola biləcək səhifələrə quraşdırın.

3. ClickTale

iperceptions copy

clicktale copy

ClickTale (www.clicktale.com) bir növ Vebvizorun analoqu sayıla bilər. Ziyarətçi ekranlarının videolarını görmək üçün bu alətin sahifəbaşı veb-analitikasından istifadə edin. ClickTale aləti Google Analyticsin əla tamamlayıcısı sayıla bilər.

Əsas diqqəti səhifələrarası hərəkətlərə yetirən digər tətbiqlərdən fərqli olaraq ClickTale ayrı-ayrı səhifələrin çərçivəsində işləyən veb-analitika alətlərindəndir. ClickTale demək olar ki, Crazy Egg-ə bənzəyir, lakin əlavə olaraq o, klaviatura düymələrinin işlətmə sayını və mausun hərəkətlərini də izləyir. Bu alətin bir neçə faydalı funksiyası var, o cümlədən:

1. Siz fleş-video formatında istədiyiniz ziyarıtçinin sessiyasını izləyə bilərsiniz (bununla belə, hahizədə saxlaya biləcəyiniz videoların sayı məhduddur). Siz hətta onların kursorlarını və klaviaturanın basılmış dillərini də görə bilərsiniz. Hansı videolara baxacağınızı müəyyən edərkən, onları ziyarətçilərin ölkəsi, saytda keçirdikləri müddət, eləcə də bir sessiyada baxılan səhifələrin sayı kimi meyarlar əsasında seçə bilərsiniz. Ödəniş edib malı və ya məhsulu almağa daha yaxın olan, yəni, eyni səhifəni artıq bir neçə dəfə ziyarət edənlərin videolarını da seçə bilərsiz. Eyni zamanda, ziyarətçilərinizin saytdakı davranışlarını da öyrənəcəksiniz. Hətta bir neçə çarxı tezləşdirilmiş rejimdə də izləyə bilərsiz: belə ki, çarxın sürətini 10 dəfəyədək artırmaq olar.
2. İnsanların sizin tərtib etdiyiniz formalardan necə istifadə etdiklərini öyrənin. Bunun üçün ClickTale 5 növ hesabat təqdim edir. Misal üçün, bunlardan biri sizə göstərə bilər ki, formanı doldurarkən hər mərhələdə neçə faiz ziyarətçi davam etməkdən imtina edir. Bu məlumatın əsasında siz sonradan zəif yerləri düzəldə bilərsiz.

Bəzi şirkətlər, məsələn, maliyyə təşkilatları ClickTale-in standart formasını istifadə edə bilmir, çünki məlumatların saxlanma prosesi xüsusi yol ilə tənzimlənir. Odur ki, belə təşkilatlar üçün xüsusi korporativ versiya hazırlanıb. Qeyd edək ki, TeaLeaf aləti də analoji funksionala malikdir və bir o qədər də populyardır.

4. Olark

olark copy

Olark (www.olark.com) aləti imkan yaradır ki, ziyarətçilər saytda axtarıb tapmadıqları şey barədə sizə dərhal sual versinlər.

Bu, sizə əsla telefonla zəng etməyəcək ziyarətçilərlə real vaxt rejimində çat imkanı deməkdir. Bəs nəyə görə bu insanlar canlı ünsiyyətə üstünlük verirlər?

— Əllərinin altında telefon yoxdur;
— İctimai yerdə, ya da iş yerindədirlər və başqalarının onları eşitməklərini istəmirlər;
— Real vaxt rejimində çat pulsuzdur;
— Onlar xəttə avtomatik cavablara qulaq asmaq, əlavə rəqəmlər yığıb sonra da uzun müddət növbə gözləmək istəmirlər;
— Nəhayət, telefondan fərqli olaraq real vaxtda çat onları müştəri olaraq heç nəyə məcbur etmir.

Bugün saytlara çat qurmaq imkanı yaradan çox sayda mənbələr var, amma biz məqaləmizdə yalnız Olark və LivePerson.com haqqında bəhs edəcəyik, çünki onların həm də faydalı hesabatları var.

Çatlardan nə öyrənə bilərsiz?

— Hansı səhifələr insanlarda problem və ya çaşbaşlıq yaradır;
— İnsanlar daha çox hansı məhsullar haqqında maraqlanırlar;
— Ümumiyyətlə, onların başlıca sualları, problemləri və etirazları nə ilə bağlıdır;
— Hansı cavablarınız, zəmanətləriniz və gətirdiyiniz əks dəlillər müştəriləri sizinlə qalıb davam etməyə qane edə bilir.

Müştərilərlə aparılan çatların stenoqramlarını nəzərdən keçirmək olduqca faydalı ola bilər, çünki bunun sayəsində saytı təkmilləşdirmək üçün yeni fikirlər icad etmək olar.

Əlavə bonus: Onlayn çat faktiki olaraq sizin saytınızda konversiyanı artıra bilər, çünki siz (və ya sizin müştəri təmsilçiliyi ilə məçğul olan işçiniz) müştəriyə saytda lazımi hərəkəti etməkdə kömək edə bilərsiniz.

5. SurveyMonkey

SurveyMonkey copy

Təəccüblənməyin, müştərilər sizi narahat edən marketinq suallarının bir çoxuna cavabları bilirlər. Belə olduğu halda, nəyə görə suallarınızı elə onlara verməyəsiniz? SurveyMonkey (www.surveymonkey.com) belə sualların verilməsi, cavabların alınması və nəticələrin təhlil olunması üçün olduqca sadə bir yol təklif edir.

Müştərilərə verilə biləcək bir neçə yaxşı sualı misal gətirək (cavablar 0-dan 10-a kimi şkala üzrə qiymətləndirilir):

— Bizi dost-tanışınıza tövsiyə etmənizin ehtimalı nə qədər yüksəkdir?

İstehlakçıların loyallığını müəyyənləşdirmək üçün bu, tipik bir sualdır, amma düzgün istifadə olunmadıqda yanlışa götürüb apara bilər. Tövsiyəmiz budur ki, Vikipediyada müvafiq məqaləni oxuyub nəzəriyyə ilə tanış olasınız və nəticələrin təhlil edilmə qaydalarını anlayasınız.

— Siz son 6 ay ərzində [ŞirkətinizinAdı] barədə dost, həmkar və ya ailə arasında müsbət, ya da mənfi rəy bildirmisiz? Əgər belədirsə, lütfən, bu barədə ətraflı danışın.

Anoloji sualdır. Müştərinin yaddaşını yeniləyib onu şirkətinizi tənqid etməyə, ya da tərifləməyə şövqləndirə biləcək əla üsuldur.

— Əgər sizin üçün bir şey yarada bilsəydik bu, nə olardı?

Müştərilərinizin arzu və diləkləri yeni məhsullar üçün əla fikir mənbəyidir, və bu sual sizə həmin fikirləri toplamağa kömək edəcək. Bu sualın daha sadə, amma xəyal gücünü daha çox atəşləyən forması isə belə ola bilər:

— Sizə başqa nə kimi məhsul və xidmət təqdim etməliyik?

Əgər rəqiblərinizdən fərqlənmək üçün hansı addımı atmalı olduğunuzu bilmirsinizsə, bu sualın cavabını birbaşa müştərilərinizdən almaq əla fürsətdir! Biraz sadə görünən bu sual əslində sizə xeyli faydalı ola bilər.

— Bizi öz dostunuza necə təsvir edərdiniz?

Bu sualın cavabında müştərilərin sizdə nələri bəyəndilkəlini öyrənəcəksiniz. Loyallıq səbəblərini açıqlayan digər suallar isə belə ola bilər:

— Bizim məhsul və ya xidmətimizi seçmədən əvvəl hansı variantları gözdən keçirmişdiniz?
— Nəyə görə məhz bizim məhsulu/xidməti/mağazamızı seçdiniz?

Əgər rebrendinq aparmaq fikrindəsinizsə, bu suallar müştərilərin sizi necə qəbul etdiklərini başa düşmək üçün xüsusilə vacibdir.

— Siz ancaq bizim markalı [MəhsulunNövü]-dən istifadə edirsiz?/ [MəhsulunNövü]-nü yalnız bizim mağazadan alırsınız, yoxsa siz başqa brend/ticarət nöqtələrindən də istifadə edirsiz? Nəyə görə?

Bəzi sualları müştərilərin hamısına yox, sadəcə müəyyən kateqoriyalarına verə bilərsiz. Bu sualı aşağıdakılardan biri ilə tamamlamaq yerinə düşər:

— Nəyə görə [ŞirkətinAdı və ya MəhsulunAdı]-nı bazardakı digər alternativlərdən üstün tutursuz?

Müştərilərinizin sizin xidmətlərinizdən daha tez-tez faydalanmalarını istəyirsinizsə, bunun ən doğru yolu onlardan soruşmaqdır ki, bunun üçün nə edilməlidir.

— Sizi bizim məhsulumuz/xidmətimizdən daha çox istifadə etməyə nələr qane edər?

Görürsünüz? Bu, sizi lazımsız cəhdlərdən və artıq səhvlərdən qoruya bilər!

Mövcud müştərilərinizin vasitəsilə yenilərini cəlb etmək üçün bel\ sual vermək olar:

— Dostlarınızı və həmkarlarınızı bizim məhsulumuz/xidmətimizdən faydalanmağa necə qane edə bilərik?

— Bizim əməkdaşımız olsaydınız, özünüz kimi insanları bizim məhsul/xidmətlərimizdən istəfadə etməyə necə qane edərdiniz?

Müəyyən məhsul, ya da xidmətin hansı növ reklamının müəyyən müştəri kateqoriyası üçün daha səmərəli olacağına dair sizin müştərilərinizin də bildikləri var. Odur ki, bu barədə də onlara sual vermək lazımdır.

Amma bunları edərkən eyni zamanda cavab variantlarını təqdim edin ki, müştərini həddindən ziyadə yormayasınız. Heç kim durub sizin yerinizə mediaplan tərtib etmək istəməz. Bununla belə, kiminsə müstəqil fikrini almaq üçün cavab variantlarının aldında «digər» xanasını da əlavə etməyi unutmayın.

Sizin müştəriniz olmayanların sorğulanması

Veb-marketinqin ən çətin vəzifələrindən biri hazırda sizin məhsulunuz və ya xidmətinizlə maraqlanmayanların rəylərini toplamaqdır. Belə hallarda adətən araşdırma aparılan səhifədə pulsuz hesabat, ya da bonus xalları kimi müəyyən stimul təklif etməklə trafik toplayırlar. Belə müştərilərin cavabları sizin üçün faydalı olacaq, çünki bununla siz onları mal/xidmət almaqdan nəyin saxladığını öyrənib gələcəkdə konversiyanı artıra bilərsiz.

6. iPerceptions

iperceptions copy

Müştərilərinizin sizi nə üçün ziyarət etdiklərini və razı qalıb-qalmamalarını öyrənmək üçün iPerceptions-dan (www.iperceptions.com) istifadə edin.

Veb-analitika mütəxəssisi Avinaş Koşik tövsiyə edir ki, siz ziyarətçiləri saytı tərk etmədən əvvəl sorğulayasınız. Avinaşın faydalı gördüyü bir neçə sualı misal gətirək:

Sual 1: Saytımıza bugünkü ziyarətinizdən əldə etdiyiniz təcrübəni ümumiyyətlə necə qiymətləndirirsiniz?
Sual 2: Aşağıdakılardan hansı biri bugünkü ziyarətinizin əsas məqsədini daha yaxşı təsvir edir?
Sual 3: Bugünkü məqsədinizə nail ola bildizmi?

3-cü suala cavab müsbətdirsə, növbəti sualı verin:

Sual 4: [ŞirkətinAdı]-nın saytında ən çox nəyə dəyər verdiniz?

3-cü suala cavab mənfidirsə:

Sual 5: Bizə deyə bilərsizmi, nəyə görə bugünkü ziyarətinizin məqsədinə nail ola bilmədiz?

Təsadüfi deyil ki, burada biz məhz Avinaş Koşikin tövsiyələrinə yer veririk: iPerceptions-da onun hazırladığı və sizin dərhal faydalana biləcəyiniz sorğu anketi yerləşdirilib.

7. Qualaroo

qualaroo copy

Qualaroo Insights (https://qualaroo.com — daha əvvəl KISSinsights adlanırdı) artıq sizə tanış olan Crazy Egg, eləcə də KISSmetrics-in (www.kissmetrics.com) yaradıcı heyətinin təqdim etdiyi fantastik araşdırma alətidir. Bu alət sizə saytınızın alt hissəsində qısa sorğuları yerləşdirməyə imkan verir. Həmin alətin bir neçə mühüm xüsusiyyəti ilə sizi tanış edirik.

— İstədiyiniz cavab tipini seçə bilərsiz: bir və ya bir neçə cavab variantını seçmək üçün radio-düymə, ya da bayraq, yaxud mətn yazmaq üçün açıq sahə.
— Sorğu iştirakçılarını seçin. Misal üçün, qeyd edirsiz ki, «sorğu yalnız saytı təkrar ziyarət edib burada 50 saniyədən çox qalanlara təqdim olunsun».
— Bir dəfədə bir neçə sual verin.
— Gələn cavablar haqqında e-mailinizə xəbərdarlıq alın.
— Kod sizin saytınıza əlavə olunan kimi siz sorğuları Qualaroo xidmətinin idarəetmə panelində yaradıb dərhal işə sala bilərsiz. Bundan sonra veb-dəstəyə ehtiyacınız yoxdur.

Buna baxmayaraq xidmətin ən üstün cəhəti odur ki, Qualaroo çox ağıllı şəkildə hazırlanıb və istifadəsi də asandır. O, sadəcə işləyir, vəssəlam!

Qeyd edək ki, Insitez (www.insitez.com), WebEngage (http://webengage.com) və PopSurvey (www.popsurvey.com) xidmətlərinin də analoji funksionalları var.

8. «Yuzabiliti» (istifadəyə yararlılıq) testi

İstifadəçilərinizi hərəkətdə müşahidə edib real problemlərin mahiyyətini daha yaxşı dərk edin. Bunun üçün hər şeydən əvvəl sizə Stiv Kruqun kitabı ilə tanış olmağı məsləhət görürük.

«Yuzabiliti» (istifadəyə yararlılıq) testi kiminsə sizin saytınıza girib (adətən ilk dəfə) nə etdiyini müşahidə etməkdən ibarətdir. Test aparıldığı zaman siz həmin şəxsə müxtəlif tapşırıqlar (məsələn, saytda konkret bir məlumatı tapmaq, sifariş vermək vs.) verib onun qarşılaşacağı hər hansı çətinlikləri özünüzdə qeydə alırsınız. Gördüyünüz kimi, bu üslub çox sadədir, amma eyni zamanda bütün siyahı içində ən səmərəlidir. Tövsiyə edirik ki, bütün mülahizələri qeydə alıb daha sonra onları diqqətlə təhlil edəsiniz.

Yuxarıda qyd etdiyimiz kimi, Stiv Kruq dünya miqyasında tanınmış «yuzabiliti» mütəxəssisidir. Məhz buna görə də onun kitabları ilə tanış olmaqsizə böyük fayda verəcək. Yeri gəlmişkən o, «yuzabiliti» testinin ən yaxşı şəkildə necə keçirilməsi barədə də məlumat verir. Həmin mətnin skriptini buradan endirə bilərsiz.

Tövsiyə: vebdən az istifadə edən insanlar sizə saytınızdakı bütün çətinlikləri asanlıqla keçə bilən həris istifadəçilərdən və texnikadan yaxşı başı çıxanlardan daha çox maraqlı məlumat çatdıra biləcəklər.

2-ci tövsiyə: bu testi noutbukutuzdan içində Wi-Fi şəbəkəsi olan istənilən kafeyə girib dərhal başlaya bilərsiniz. Elə də çox təkid etmədən oradakı insanları saytınızı qiymətləndirməyə dəvət edin. Siz təsəvvür etmirsiz, 2-3 dənə belə test sizə nə qədər qiymətli məlumat verəcək.

Ziyarətçilərlə söhbət edərkən tövsiyələrimiz:

— Müsahibə zamanı tənqidləri təşviq edin.
— Özünüzü bitərəf kimi qələmə verin, qoy qarşınızdakı insan əmin olsun ki, siz onun tənqidi qeydlərini öz üstünüzə götürmürsüz.
— Tənqidləri belə cümlələr işlədib çoxalda bilərsiniz: «Bizə elə gəlir ki, bu saytın təkmilləşməyə ehtiyacı var. Razısız?», ya da «Təzə dizayner dəvət etmişik. Sizcə, necədir?»

«Yuzabiliti» testini kim keçirməlidir?

Bir çox şirkət bu testi öz gücü ilə keçirməyə üstünlük verir, bəziləri isə autsors cəl edir. Necə olsa da, bizi tövsiyəmiz budur ki, bu təcrübəni özünüz qazanasınız. Heç olmasa, test prosesinə şirkətinizin məzmun üzrə menecerini cəlb edin.

9. Ethnio

ethnio copy

Ethnio-nun (http://ethn.io) çıxan yeni pəncərələrində sorğuların yerləşdirilməsi sizə «yuzabiliti» testlərinizi keçirmək üçün iştirakçı toplamaqda kömək edəcək.

Saytınızdakı ən aşkar problemləri üzə çıxartdıqdan sonra artıq növbə ziyarətçilərinizin görə biləcəkləri problemlərə gəldi. Odur ki, onlardan da testdə iştirak etmələrini xahiş edin. Ən yaxşısı, testdə iştirak üçün hələ ki sizin müştəriniz olmayan ziyarətçiləri dəvət etməkdir və bu məsələdə sizə Ethnio kömək edəcək.

Alətdən istifadə etmək olduqca asandır. Çıxan yeni pəncərə ziyarətçiyə saytın test edilməsində iştirak etməyi təklif edir. Sorğunu elə tənzimləyə bilərsiz ki, iştirakçılar haqqında müəyyən məlumat toplaya biləsiniz, məsələn, öyrənəsiz ki, sayta girməkdə məqsədləri nədir, ilk dəfəmi giriblər və s. Yəqin ki, iştirak etdiklərinə görə siz də onlara kiçik bir maddi stimul verməlisiniz. İnsanların bu kimi sorğularda iştirak etmək istəyi sizin fəaliyyət göstərdiyiniz bazarın tipinə bağlıdır: bəzi veb-saytların, o cümlədən, maliyyə xidmətləri göstərən saytların ziyarətçiləri suallara cavab verməkdə o qədər də istəkli davranmayacaqlar. Bunun əksinə, istehlak malları seqmentində ziyarətçiləri söhbətə cəlb etmək xeyli asandır.

Ziyarətçilər anketləri doldurduqdan sonra onların verdikləri məlumatlar Ethnio interfeysindəki cədvəldə əks olunacaq. Həmin məlumatlara əsaslanıb siz «yuzabiliti» testini onlarla keçirib-keçirməmək haqqında qərar verəcəksiz. Ethnio funksionalı elə bunlardan ibarətdir: ziyarətçilər haqqında məlumat topladıqdan sonra siz artıq onlarla istədiyiniz formatda — telefonla (GoToMeeting (www.gotomeeting.com)), join.me (https://join.me) kimi proqramlar vasitəsilə) və ya üz-üzə söhbət edə bilərsiz.

Mümkün çətinliklər

Nəzərə alın ki, sizə müsahibə vermək istəyən insanlar mütləq sizin tipik ziyarətçilərinizdən olmaya bilərlər. Misal üçün, onların sadəcə boş vaxtları var, ya da maddi imkanları sizin ortastatistik müştərinizin imkanlarından azdır. Buna baxmayaraq, onlar yenə də kafedəki yad insanlar deyil, sizin saytınızın ziyarətçiləridir.

Əlavə resurslar

— Ethnio ziyarətçilərlə müsahibə aparmağın əla ssenarisini təklif edir.
— Videozənglər üçün GoToMeeting və ya join.me proqramından istifadə etmək olar. Bu proqramlar real vaxtda eyni ekrandan istifadə etmək imkanını yaradır.
— FreeConference.com zənglər üçün çox rahatdır, çünki bütün söhbətləri MP3 formatında qeydə alır və siz sonradan istədiyiniz müsahibəni dinləyib təhlil edə bilərsiz.
— Yəqinki, siz insanları müsahibəyə cəlb etmək üçün onlara müəyyən stimul təklif etmək istərdiniz. Elədirsə, onlara hər hansı böyük yerli pərakəndəçilərin hədiyyə kartlarını təqdim edə bilərsiz. Çalışın ki, sadə, faydalı, heç bir məhdudiyyət qoymayan və ya öhdəçilik altına girməyi tələb etməyən hədiyyə seçəsiniz.

10. Dinləyin və danışın

Küçəyə çıxın, qulaqlarınızı açın və danışın! Müştəri ilə üz-üzə gəlib mal sata bilmədikdən sonra İnternetdən nə gözləyirsiz?

Məsələyə tam dəqiqliyi ilə yanaşsaq bu üslub, əlbəttə ki, alət deyil, bu, sadəcə özünüzün etdiyi şeydir və bəlkə də, elə buna görə də çoxları tərəfindən istifadə olunmur. Çox vaxt bu üslub layiq olduğu kimi qiymətləndirilmir və biz məhz bu səbəbdən onu siyahımıza almaya bilməzdik.

Əyər sizin işiniz İnternetlə bağlıdırsa, deməli, siz vaxtınızın böyük hissəsini kompüterin önündə keçirirsiz. Buna baxmayaraq siz mütləq Şəbəkədən başınızı ayırıq insanlarla üz-üzə görüşməli, onların arasında öz potensial müştərilərinizi tapmalı, onlar haqqında öyrənməli, maraqları və ehtiyacları barədə məlumat toplamalısınız.

Arıqlama məhsulları satırsınız? Onda sizə yaxın trenajor zalına gedib insanlarla görüşün. Tanış olun onlarla, öz İnternet-mağazanızı göstərin, saytınızın istifadəçilərindən soruşmaq arzuladığınız hər şeyi onlardan soruşun.

Daha bir variant var: şirkətinizin müştəri xidmətləri əməkdaşları ilə görüşüb söhbət edin. Bu insanlar gündə 8 saat sizin müştərilərinizlə ünsiyyətdə olurlar. Onlardan yaxşı müştərilərinizi kim tanıya bilər ki?

11. Kampyle

kampyle copy

Kampyle-dən (www.kampyle.com) istifadə edin ki, ziyarətçiləriniz sayt haqqında rəylərini asanlıqla veb-səhifənizə əlavə edə bilsinlər.

Kampyle ziyarətçilərə imkan yaradır ki, hər səhifənin kənarında yerləşdirilmiş kiçik bir düymədən istəfadə edib saytınız haqqında rəy bildirə bilsinlər. Düyməyə basanda yeni pəncərə çıxır və istifadəçi orada öz rəyini yazıb qeyd edə bilir.

Saytın sahibi sonra özünün Kampyle hesabına girəndə onun qarşısına bütün qeydə alınmış rəyləri göstərən interfeys çıxacaq (bu interfeys nisbətən qovluqlu və gələn mesajlı e-mail poçt qutusuna bənzəyir). Əgər ziyarətçi öz e-mail ünvanını qeyd edibsə, saytın sahibi həmin rəyə cavab verə bilər və bu cavabda, məsələn, aradan qaldırılan səhvlər barədə məlumat, xüsusi endirim və s. verə bilər.

12. Saytda axtarış

Müştərilərinizin nə istədiklərini bilmək arzusundasınız? Buna nə var ki — onlar özləri bunu saytınızın axtarış sətrinə yazırlar!

Əgər saytınızda hələ də daxili axtarış funksiyası yoxdursa, bunu dərhal əlavə edin. Google sayt üzrə Axtarış, Google istifadəçi axtarış sistemi və Яндекс.Axtarış bunda sizə kömək olacaq.

Bununla müştəriləriniz istədikləri səhifəni asanlıqla tapmaqla yanaşı həm də sizə saytın necə yaxşılaşdırılması barədə məlumat verəcəklər.

Ziyarətçilər saytınızda olmayan məzmun axtarırlar? Elədirsə, zəhmət çəkin, həmin məzmunu əlavə edin.

Mövcud olan məzmunu axtarırlar? Elədirsə, bunları edin:

— Əmin olun ki, axtarış sistemi ən çox aidiyyatı olan səhifəni düzgün tapır.
— Çalışın, həmin məzmunu ziyarətçinin axtarışa başlayarkən olduğu səhifəyə əlavə edin, ya da heç olmasa həmin səhifədə keçid yerləşdirin. Bununla siz müştərinin yolunu qısaldarsınız.

13. Axtarış sistemləri

İnsanların sizin haqqınızda nə dediklərini öyrənmək üçün axtarış sistemlərindən istifadə edin.

Bəzi axtarış sistemləri real vaxt rejimində «sosial səs-küy»ü izləyə bilir, bunun sayəsində siz insanların öz bloqlarında, forum və sosial şəbəkələrdə sizin haqqınızda nə dediklərini görə bilərsiniz. Siz həm də Google Alerts və ya, daha yaxşısı, Talkwalker Alerts kimi faydalı xidmətlərdən də yararlana bilərsiz. Nəhayət, Twitter və Topsy axtarışlarından da faydalana bilərsiz.

İnsanlar sizin saytınız haqqında nə deyirlər? Nəyi bəyənirlər? Nələri bəyənmirlər? Çalışın, şikayət edilən hər şeyi düzəldib ondan sonra split-testi işə salın (bax: aşağıda).

Bu üsul, həm də reddizayna hazılaşdığınızda sizə faydalı olacaq. Ziyarətçilərin bütün mülahizə və qeydlərini nəzərə alın, dəyişiklik və düzəltmələr edin, sonra da şərhçilərdən xahiş edin, saytın yenilənmiş dizaynını test etsinlər.

Daha bir yaxşı alət sayılan Omgili (http://omgili.com) sizə forumlarda axtarış aparmağa imkan verir. Salesforce Marketing Cloud sosial medianı real vaxtda monitorinq və təhlil etmək üçün güclü alətlər təqdim edir.

14. Google Analytics Content Experiments

Veb-səhifələrinizin müxtəlif versiyalarını gözdən keçirib onların arasından ən yaxşılarını seçmək üçün Google Analytics (əvvəllər Google Website Optimizer adlanırdı) eksperimentlərindən istifadə edin.

Ziyarətçilərinizi daha yaxşı anlamağa başladıqdan sonra artıq sizin saytda apara biləcəyiniz dəyişikliklərlə bağlı bir çox maraqlı fikirləriniz yaranacaq. Amma tələsməyin! Bu fikirləri dərhal tətbiq edib sonra da oturub müsbət dəyişiklikləri gözləməyə dəyməz. Əvvəlcə fikirlərinizin nə dərəcədə doğru olduğundan əmin olmalısınız!

Hansı məzmunun ziyarətçilərə daha xoş gələcəyi barədə düşünüb fala baxmaqdansa yaxşısı budur ki, öz fikirlərinizi split-test (A/B-testləri) vasitəsilə yoxlayın. Pulsuz Google Analytics bu işdə sizə kömək edəcək.

Belə ki, Google Analytics eksperimentləri sizə aşağıdakıları həyata keçirməyə imkan yaradır:

1. veb-səhifənin bir neçə versiyasının yaradılması;
2. bunlardan hansı məqsədlərə daha yaxşı cavab verir və qoyulan vəzifələri daha yaxşı yerinə yetirir:
— mənfəətin artması,
— abunəçilik sayının artması,
— və s.

Google Analytics eksperimentlərinin sizə veb-səhifələrinizi sınaqdan keçirib ən yaxşısını müəyyən etməyə bu qədər gözəl imkan yaratdığına baxmayaraq tezliklə başa düşəcəksiz ki, əsas məsələ məhz nəyin sınağını aparmağın müəyyən edilməsidir. Biz bu məqaləni elə ona görə yazmışıq.

http://www.conversion-rate-experts.com/understanding-your-visitors/

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,991ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -