spot_img
22 ноября, 2024
ДомойSoftwareПрограммное обеспечениеAzərbaycan dilində «FreeBSD: praktik həllər» kitabı çıxıb

Azərbaycan dilində «FreeBSD: praktik həllər» kitabı çıxıb

İnternetdən, ya da avadanlıqla birlikdə əldə etdiyiniz, İngilis dilində yazılmış, elektron formatda tərtib olunmuş müxtəlif soraq və məlumat kitabçaları, əlbəttə ki, həmişə sərəncamınızdadır. Amma FreeBSD istifadəçisinin əli altında mütləq bir-iki adi “kağız” kitab da olmalıdır. Yaxşı kitab sizi bir çox çətin vəziyyətdən çıxmaqda kömək edə bilər. Xüsusilə, əgər bu, istifadəçi təlimatlarının sadə tərcüməsi yox, ana dilinizdə yazılan sanballı kitabdırsa.

ATL INFO TECH İT-departamentinin başçısı Camal Şahverdiyevin qələmindən «FreeBSD — Praktik Həllər» kitabı sadəcə yeni FreeBSD istifadəçilərinə deyil, eləcə də peşəkarlara da çox faydalı olacaq. Kitabda müəllif addım-addım, bütün təfərrüatları ilə FreeBSD əməliyyat sisteminin tənzimləmə incəliklərindən danışır, firewall imkanlarını dərindən şərh edir, şəbəkə və əməliyyat sistemi ilə bağlı gündəlik xarakterli problemlərin həlletmə yollarını öyrədir.

FreeBSD: praktik həllər

Rəngli çaplı, 624 səhifəlik «FreeBSD — Praktik Həllər» kitabının tirajı 500 ədəddir. Kitabda aşağıdakı mövzular işıqlandırılıb:

— İlkin nəzəriyyələr və əməliyyat sisteminin fərqli üsullarla yüklənməsi.
— Symlink, SETUİD, SETGİD, fayl flaqları, resurslar və proseslər, rezerv nüsxələr, SUDO.
— Vacib əmrlər, Swap idarə edilməsi,portlar, paketlər, arxivlər, sətir əməliyyatları.
— SHELLin işləmə prinsipi,terminalda qısa keçidlər, CRON, istifadəçi üzərində əməliyyatlar, Vİ redaktoru, sistem RAİD-ləri,sərt disklərin şifrələnməsi.
— Qrafik interfeysin qurulması, kitabxanaların idarə edilməsi,Kernel kompilyasiyası, sistem control, İNETD, DevFS, DevD, sistemin yenilənməsi.
— Şəbəkənin quraşdırılması, WireLess quraşdırılması, WEBMIN, ARP, FTP, DHCP, şəbəkə alətləri.
— Dump- Restore, OpenSSH,RCS, TempFS- MemFS, Snapshot-lar, FSCK, Quota.
— Wget, Curl, LFTP, Rsync, Unison, NFS, vaxt və tarix əməliyyatları.
— PF, İPFW, IPFilter FireWall-ların açıqlanması, İPFW- PF Fail2Ban.
— FAMP, DNS BIND.
— Samba, AD ilə inteqrasiyası, badsect-lar, CLRİ, NullFS, clonehdd.
— SFTP server Chroot, Tomcat8, MPD5 StS VPN, MPD5 PPTP RA VPN, NTOP netflow.
— IPSec StS VPN, FreeBSD-Cisco StS VPN, Stunnel, HAST Cluster.
— CDP, .1Q, Dinamik Routinq, Bridge, LACP, LAG, CARP, DHCP Relay.
— FreeBSD inzibatçı üçün vacib olanlar.

FreeBSD: praktik həllər

Kitabı əldə etmək üçün sifarişinizi opensource.az saytında yerləşdirin, ya da [email protected] ünvanına göndərin. Belə halda, kitabı 45 manata əldə edə bilərsiniz. Qeyd edək ki bu, müəllifin çapdan çıxmış ilk kitabıdır. Yaxın vaxt ərzində OpenSource mövzusuna həsr olunmuş onlarla yeni kitabın çapa verilməsi gözlənilir.

opensource.az

Tədricən Azərbaycan dilində çıxan nəşrlərin formalaşmaqda olan İT-kitabxanasına gəlincə, artıq bu, təkrar nəşri 2014-cü ilin oktyabrında çıxan «PL/SQL peşəkərlığa gedən yol»  kitabından sonra diqqətinizə layiq olan ikinci kitab sayıla bilər.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,991ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -