ДомойSoftwareИгрыEpic Games Store iki qorxu oyununu pulsuz paylayır

Epic Games Store iki qorxu oyununu pulsuz paylayır

Epic Games Store həftəsonu öncəsi oyunçulara daha bir hədiyyə hazırlayıb. Bu dəfə platformada iki qorxu oyununu pulsuz və həmişəlik əldə etmək mümkündür.

İlk oyun piksel qrafikalı ikiölçülü qorxu-macəra oyunu Home-dur. Baş qəhrəman özünə yad bir evdə ayılır, lakin ev tədricən dəyişməyə başlayır. Tərtibatçıların sözlərinə görə, oyunçunun qərarları hekayənin gedişinə təsir edir, hadisələr isə baxış bucağından asılı olaraq dəyişir. Oyunun Steam-dəki istifadəçi reytinqi 69%-dir.

İkinci hədiyyə Maid of Sker qorxu oyununun spin-off-u olan Sker Ritual-dır. Bu, dörd oyunçunun Sker adasının zombiləşmiş sakinlərindən ibarət dəstələrə qarşı mübarizə apardığı kooperativ qorxu-şuteridir. Oyunun Steam-dəki reytinqi 84% təşkil edir.

Hər iki oyunu 29 oktyabr, Bakl vaxtı ilə saat 19:00-dək Epic Games Store kitabxananıza əlavə edə bilərsiniz. Növbəti pulsuz hədiyyə isə Sorry We’re Closed qorxu oyunu olacaq.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,701ФанатыМне нравится
1,006ЧитателиЧитать
3,086ЧитателиЧитать
718ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -