ДомойТехнологииСмартфоныGoogle Pixel smartfonları bahalaşır – şirkət bunu rəsmi təsdiqlədi

Google Pixel smartfonları bahalaşır – şirkət bunu rəsmi təsdiqlədi

Google rəsmi olaraq Pixel smartfonlarının qiymətlərinin yüksələcəyini açıqlayıb. Bahalaşma təkcə mövcud modelləri deyil, Pixel 10a və avqustda təqdim ediləcək yeni Pixel 11 seriyasını da əhatə edəcək. Şirkət bunun əsas səbəbi kimi süni intellekt texnologiyalarının sürətli inkişafı fonunda yaranan operativ yaddaş (RAM) çatışmazlığını göstərib.

9to5Google nəşrinə müsahibəsində Google-un cihazlar və xidmətlər üzrə vitse-prezidenti Şakil Barkat bildirib ki, şirkət digər istehsalçılar kimi RAM və digər əsas komponentlərin qiymətindəki kəskin artımın təsirini hiss edir.

Google nümayəndəsi təsdiqləyib ki, qiymət artımı bütün Pixel seriyasına şamil olunacaq. Yeni qiymətlər və digər detallar 12 avqust tarixində keçiriləcək Pixel 11 təqdimatında açıqlanacaq.

İnsayder məlumatlarına görə, baza versiyalı Pixel 11 sələfindən 100 dollar baha olacaq. Maraqlıdır ki, smartfonun operativ yaddaşı əvvəlki modeldə gözlənilən 16 GB əvəzinə 12 GB RAM ilə məhdudlaşacaq.

Bununla yanaşı, Google RAM çatışmazlığının təsirini azaltmaq üçün Android və tətbiq ekosisteminin sistem tələblərini optimallaşdırmağa çalışır. Şirkət hesab edir ki, bu yanaşma daha az operativ yaddaşa malik cihazlarda belə yüksək performansı və stabil işləməyi qorumağa imkan verəcək.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,747ФанатыМне нравится
1,010ЧитателиЧитать
3,086ЧитателиЧитать
719ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -