Qlobal kompüter bazarında satışlar azalmağa davam etsə də, Apple bu tendensiyanı pozmağı bacarıb. IDC analitiklərinin hesabatına görə, şirkət 2026-cı ilin ikinci rübündə tədarük həcmini nəzərəçarpacaq dərəcədə artıran yeganə böyük kompüter istehsalçısı olub.
Hesabata əsasən, dünya üzrə fərdi kompüter tədarükləri ötən ilin eyni dövrü ilə müqayisədə 4,9% azalıb. Ekspertlər bunu əsasən yaddaş çiplərinin çatışmazlığı, qiymət artımı və geosiyasi amillərlə əlaqələndirirlər.
Buna baxmayaraq, Mac kompüterlərinin tədarükü 10,1% artaraq 6,7 milyon ədədə çatıb. Nəticədə Apple-ın qlobal PC bazarındakı payı 8,5%-dən 9,9%-ə yüksəlib.
Bazarın digər aparıcı oyunçuları isə mənfi dinamika nümayiş etdiriblər:
- Lenovo – 2,1% azalma
- HP – 9% azalma
- Dell – 5% azalma
- ASUS – cəmi 0,2% artım
- Digər istehsalçılar – ümumilikdə 10,5% azalma
IDC analitikləri maraqlı bir məqama da diqqət çəkirlər: tədarük həcmləri azalsa da, şirkətlərin gəlirləri artmaqda davam edir. Bunun əsas səbəbi kompüterlərin bahalaşmasıdır. Qiymət artımı barədə ilk açıqlama verən şirkətlərdən biri Microsoft olub. Daha sonra Apple da qiymət siyasətinə dəyişiklik edib. Bazarın digər istehsalçılarının da yaxın aylarda oxşar addımlar atacağı gözlənilir.










