spot_img
21 мая, 2026
ДомойSoftwareПрограммное обеспечениеGoogle süni intellektlə işləyən yeni foto redaktoru təqdim etdi

Google süni intellektlə işləyən yeni foto redaktoru təqdim etdi

Google şəkillərin redaktəsi üçün nəzərdə tutulmuş yeni AI tətbiqini nümayiş etdirib. Google Pics adlanan bu proqram generativ süni intellekti klassik redaktə alətləri ilə birləşdirir.

Google Pics tam funksional peşəkar qrafik redaktor deyil, lakin şəkilləri daha sürətli və ağıllı şəkildə redaktə etməyə imkan verir. Tətbiqin əsasında Nano Banana modeli və obyektlərin dəqiq ayrılmasını təmin edən seqmentasiya texnologiyası dayanır.

Bu texnologiya sayəsində istifadəçilər fotodakı istənilən obyekti seçib yerini dəyişə, ölçüsünü böyüdə və ya kiçildə, həmçinin formasını dəyişə biləcəklər. Bunun üçün obyektin AI tərəfindən yaradılıb-yaradılmamasının heç bir əhəmiyyəti yoxdur.

Google Pics-in diqqətçəkən xüsusiyyətlərindən biri də şəkillərdəki mətnlə işləmək imkanlarıdır. Tətbiq fotodakı yazıları tanıyır, onları redaktə edir və digər dillərə tərcümə edərkən şriftin, ölçünün və vizual üslubun qorunmasını təmin edir.

Proqram həmçinin Google Workspace ekosisteminə inteqrasiya olunacaq. Bu isə istifadəçilərə Google Slides və Google Drive daxilində şəkilləri birbaşa redaktə etməyə imkan verəcək.

Google Pics hazırda məhdud sayda istifadəçi üçün əlçatandır. Qlobal istifadəyə verilməsi bu yay Google AI Pro və Ultra abunəçiləri üçün planlaşdırılır.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,769ФанатыМне нравится
1,009ЧитателиЧитать
3,086ЧитателиЧитать
717ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -