spot_img
21 мая, 2026
ДомойТелекомСобытияAzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub

AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub

“AzInTelecom” MMC Keniyada keçirilən, Afrikanın ən böyük texnologiya və süni intellekt sərgilərindən biri “AI GITEX Kenya 2026”da iştirak edib.

İnnovasiya və süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlər və ekspertləri bir araya gətirən tədbirdə “AzInTelecom” stendlə təmsil olunub.

Şirkətin “AI GITEX Kenya 2026”da iştirakının başlıca hədəfi qlobal texnologiya arenasında öz mövqeyini daha da gücləndirmək, xarici tərəfdaşlarla strateji əməkdaşlıq əlaqələrini inkişaf etdirmək və rəqəmsal məhsullarını beynəlxalq miqyasda nümayiş etdirmək olub.

Tədbirdə şirkətin Kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev çıxış edərək böyükhəcmli dataların idarə olunmasında süni intellektin rolundan danışıb. O, bu sahədə yaranan nəhəng məlumat axınının təhlükəsiz şəkildə emal edilməsi üçün “AzInTelecom”un təklif etdiyi rəqəmsal infrastruktur imkanlarını diqqətə çatdırıb.

Sərgi iştirakçıları tərəfindən şirkətin rəqəmsal məhsul və xidmətlərinə maraq göstərilib, təqdim olunan innovativ həllər barədə ziyarətçilərə məlumat verilib.

“AzInTelecom” haqqında

“AZCON Holding” şirkətlərindən olan “AzInTelecom” MMC bulud həlləri, rəqəmsal identifikasiya və kiberbəhlükəsizlik sahəsində ixtisaslaşmış texnologiya şirkətidir. 2015-ci ildən fəaliyyət göstərən şirkət “Hökumət buludu” və SİMA rəqəmsal imza kimi ölkəmiqyaslı layihələrin provayderidir. “AzInTelecom” MMC müştərilərə daim təhlükəsiz, dayanıqlı  və əlçatan xidmətlər təklif etməklə ölkədə rəqəmsal transformasiyanın sürətləndirilməsinə və innovativ texnologiyaların tətbiqinə töhfə verir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,769ФанатыМне нравится
1,009ЧитателиЧитать
3,086ЧитателиЧитать
717ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -