spot_img
3 марта, 2026
spot_img
ДомойТелекомСобытияBulvar İdarəsi İT sistemlərini “Hökumət buludu”na köçürüb

Bulvar İdarəsi İT sistemlərini “Hökumət buludu”na köçürüb

“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Prezidentinin 718 nömrəli Fərmanının icrası davam etdirilir.

Fərmanın icrası çərçivəsində daha bir dövlət qurumu — Dənizkənarı Bulvar İdarəsi informasiya sistemləri və ehtiyatlarını qismən “Hökumət buludu”na köçürüb. İdarə İT sistemlərini “AzInTelecom” MMC-yə məxsus Bakı Əsas Data Mərkəzinə yerləşdirib. “AzInTelecom” tərəfindən quruma Virtual server – IaaS (İnfrastructure-as-a-Service) xidməti təqdim olunub. Bununla da qurum kritik sistemlərin yüksək əlçatanlığına nail olub.

“Hökumət buludu” layihəsi AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən icra edilir. Layihə çərçivəsində dövlət qurumlarının İT sistemlərinin “AzInTelecom” MMC-yə məxsus data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir. Miqrasiya nəticəsində qurumların İT xərcləri azalır, informasiya sistemləri ölkə daxilində – vahid mərkəzdə saxlanılır, 24/7 rejimində monitorinq olunur.

“AzInTelecom” MMC “bulud” xidmətləri üzrə beynəlxalq standartları müəyyənləşdirən “TIER III” sertifikatını Cənubi Qafqaz regionunda əldə etmiş ilk qurumdur.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,810ФанатыМне нравится
1,027ЧитателиЧитать
3,086ЧитателиЧитать
719ПодписчикиПодписаться
- Реклама -
- Реклама -