spot_img
17 февраля, 2026
spot_img
ДомойТелекомСобытияApple yaz təqdimatını elan etdi: hansı yeniliklər gözlənilir?

Apple yaz təqdimatını elan etdi: hansı yeniliklər gözlənilir?

Apple jurnalistlərə Special Apple Experience adlı yaz təqdimatına dəvətlər göndərib. Rəsmi dəvətdə tədbirin detalları açıqlanmasa da, texnoloji media artıq təqdimatda nümayiş olunacaq mümkün cihazlar barədə ehtimallar irəli sürüb.

Təqdimat 4 mart 2026-cı il tarixində Bakl vaxtı ilə saat 18:00-da keçiriləcək. Mavi, yaşıl və sarı çalarlarda “şüşə effektli” alma loqosu ilə hazırlanmış dəvətlər Nyu-York, Şanxay və London şəhərlərində fəaliyyət göstərən bəzi media nümayəndələrinə göndərilib.

Məlumatlara görə, şirkət tədbirdə bir neçə yeni cihaz təqdim edə bilər. Gözlənilən yeniliklər arasında iPhone 17e, iPad Air 8, iPad 12, həmçinin M5 Pro və M5 Max çipləri ilə yenilənmiş MacBook Pro modelləri yer alır. Bundan başqa, yenilənmiş Studio Display monitoru, HomePod mini, yeni Apple TV və Apple A18 prosessorlu daha əlçatan MacBook modelinin də təqdim olunacağı ehtimal edilir.

Gələcək yeniliklər barədə daha ətraflı məlumat şirkətin təqdimatı zamanı açıqlanacaq.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,820ФанатыМне нравится
1,027ЧитателиЧитать
3,086ЧитателиЧитать
719ПодписчикиПодписаться
- Реклама -
- Реклама -