spot_img
11 января, 2026
spot_img
ДомойAVТелевидениеLG OLED evo W6 təqdim edildi — ultra nazik və naqilsiz OLED...

LG OLED evo W6 təqdim edildi — ultra nazik və naqilsiz OLED televizor

CES 2026 sərgisi çərçivəsində LG Electronics yeni OLED televizor seriyasını təqdim edib. Seriyanın flaqmanı isə OLED evo W6 modeli olub. Televizor True Wireless Wallpaper texnologiyası sayəsində divara quraşdırılarkən artıq kabellərdən tam «azad olmağı» mümkün edir.

LG OLED evo W6 cəmi 9 mm qalınlığa malikdir. İstifadəçi cihazı yalnız elektrik şəbəkəsinə qoşa və enerji kabelini gizlədə biləcək — video və səs siqnalları naqilsiz şəkildə ötürülür. Bunun üçün ayrıca Zero Connect Box istifadə olunur və bu blok ekrandan 10 metrədək məsafədə yerləşdirilə bilər.

Şəkil keyfiyyətinə Radiant Color Technology cavabdehdir. Bu texnologiya dərin qara rəngi, dəqiq rəng ötürülməsini və yüksək parlaqlığı təmin edir. LG-nin iddiasına görə, Brightness Booster Ultra funksiyası görüntünün parlaqlığını əvvəlki nəsil OLED modelləri ilə müqayisədə 3,9 dəfə artırır.

Televizorun “ürəyi” isə Alpha 11 AI Gen3 prosessorudur. Daxili NPU ilə təchiz olunan çip Dual AI Engine texnologiyası vasitəsilə təsvir parametrlərini avtomatik və balanslı şəkildə tənzimləyir, süni kəskinləşmənin qarşısını alır.

LG Gallery+ xidməti televizoru sadəcə ekran yox, interyerin bir hissəsinə çevirir. İstifadəçilər 4500-dən çox vizual materiala, o cümlədən şəxsi foto kolleksiyalarına çıxış əldə edir. Oyunsevərlər üçün isə 165 Hz yenilənmə tezliyi, 0,1 ms cavab müddəti, eləcə də NVIDIA G-SYNCAMD FreeSync Premium dəstəyi təqdim olunur.

webOS əməliyyat sistemi Voice ID funksiyası ilə kimin televizora baxdığını tanıyır və interfeysi avtomatik olaraq uyğun istifadəçi profilinə keçir. Yeni “Bu səhnədə” funksiyası isə ekranda görünən aktyorlar və əlaqəli məzmun barədə məlumat verir.

Hazırda LG OLED evo W6 modelinin qiyməti və satış tarixi açıqlanmayıb — lakin təqdim olunan xüsusiyyətlər onu artıq indidən CES 2026-nın ən diqqətçəkən televizorlarından biri edir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,828ФанатыМне нравится
1,026ЧитателиЧитать
3,086ЧитателиЧитать
717ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -