spot_img
27 октября, 2025
spot_img
ДомойТелекомСобытияFemmes Digitales-in 11-ci Regional Mentorluq Proqramı Şamaxıda məktəbli qızlarda texnologiyaya marağı yüksəltdi

Femmes Digitales-in 11-ci Regional Mentorluq Proqramı Şamaxıda məktəbli qızlarda texnologiyaya marağı yüksəltdi

25 oktyabr 2025-ci il tarixində “Femmes Digitales – Texnologiya sahəsində Qadınlara Dəstək” İctimai Birliyi Şamaxı ASAN Xidmət Mərkəzində 11-ci regional STARTECH konfransını uğurla keçirdi. Tədbir kənd yerlərindən gələn, texnologiya və innovasiyalar dünyasını kəşf etmək istəyən məktəbli qızları bir araya topladı.

Konfrans “ASAN xidmət”Elm və Təhsil Nazirliyinin təşkilati dəstəyi və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinin (4SIM) əsas tərəfdaşlığı ilə həyata keçirilib. Eyni zamanda Fominov Consulting, B.EST SolutionsSTEP IT Academy tərəfindən maliyyə dəstəyi göstərilib. Robototexnika və süni intellekt üzrə təlimlər sahənin aparıcı mütəxəssisləri tərəfindən aparılıb. Bloom Group təşkilati dəstək, InfoCity jurnalı isə informasiya tərəfdaşı qismində çıxış edib. Tədbirdə Şamaxı və ətraf kəndlərdən 12–16 yaş arası 70–80 məktəbli qız iştirak edib.

STARTECH 2025 proqramı qızların rəqəmsal savadlılığını artırdı və onların STEM sahələrinə marağını gücləndirdi. Mentorluq, praktik sessiyalar və real rol modelləri bir araya gətirən tədbir iştirakçılara texnologiya dünyasında gələcəyin yenilikçiləri və dəyişiklik yaradanları görmək imkanını verdi.

Tədbir Şamaxı Regional “ASAN xidmət” Mərkəzinin direktoru cənab Elçin Hacağayevin açılış nitqi ilə başlayıb. Ardınca mentorlar texnologiya sahəsindəki şəxsi inkişaf hekayələrini bölüşərək iştirakçılara motivasiya veriblər.

STEP IT Academy tərəfindən keçirilən praktik “Robototexnika Qızlar Üçündür” sessiyası zamanı iştirakçılar robotların idarə olunması və kodlaşdırılması prinsipləri ilə tanış olublar. Təcrübəli təlimçilərin rəhbərliyi ilə onlar öz robotlarını yığıb proqramlaşdırıblar.

Günün digər maraqlı hissəsi “Süni İntellekt Real Həyatda” adlı seminar olub. Qızlar süni intellektin gündəlik həyatın və müxtəlif sahələri necə dəyişdirdiyini öyrəniblər. Onlar real və süni intellektlə yaradılmış videoları fərqləndirib, “prompt”lar yazıb, mahnı sözləri və musiqilər bəstələyiblər. Bu prosesdə Suno və digər AI platformalarından istifadə ediblər. İştirakçılar həmçinin mövcüd peşələrin gələcəyi mövzusunu araşdırıblar — hansı sahələrin inkişaf edəcəyini, hansılarının isə rəqəmsal dövrdə aktuallığını itirəcəyini öyrəniblər.

Femmes Digitales-in təsisçisi və sədri Jana Krimpe qeyd edib: “Hər dəfə STARTECH layihəsini  bölgəyə gətirəndə, nə qədər maraq yaratdığını görürük. Şamaxıda yaşayan qızların yaradıcı yanaşması və yeniliklərə cəhd etmə cəsarəti bizi çox təsirləndirdi. Femmes Digitales Birliyini yaradan zaman məqsədimiz texnologiyanın hər kəsə aid olduğunu göstərmək idi. Bu gün gənc qızların kodlaşdırmağı, süni intellekt ilə yaratdığı layihələri və böyük arzular qurduğunu görəndə anlayırıq ki, Azərbaycanın rəqəmsal gələcəyi etibarlı əllərdədir. STARTECH proqramını daha xüsusi edən isə odur ki, artıq mentorlarımızın övladları da proqramda iştirak edir, öyrənir, ilhamlanır və qızlara dəstək olurlar. Bu, bizim texnologiya və ortaq dəyərlər ətrafında nəsilləri birləşdirən əsl ailə hərəkatına çevrildiyini göstərir.”

Şamaxıdan olan 14 yaşlı məktəbli Nuray Təmışova də öz fikirini paylaşdı: “Bu gün mənim üçün çox mənalı bir gün idi. Robotla işləməyi və süni intellekti öyrənməyi çox bəyəndim. Bu proqram göstərdi ki, texnologiya yalnız başqaları üçün deyil, mənim kimi qızlar üçündür!” Məktəb müəlliməsi Şəhla Eyubova da əlavə etdi: “STARTECH şagirdlərimiz üçün çox ilhamverici bir təcrübə oldu. Bu proqram onlara özlərinə inanmağı, yaradıcı düşünməyi və texnologiyanın gələcəkdə hansı imkanlar aça biləcəyini göstərdi.”

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,863ФанатыМне нравится
1,024ЧитателиЧитать
3,086ЧитателиЧитать
717ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -