Məşhur insayder Sudhanshu Ambhore iki yeni Android flaqmanının AnTuTu test nəticələrini paylaşdı — Vivo X300 Pro (Dimensity 9500) və Xiaomi 17 Pro Max (Snapdragon 8 Elite).
Nəticələrə əsasən, Vivo X300 Pro ümumilikdə 3 956 885 xal, Xiaomi 17 Pro Max isə 3 731 077 xal toplayıb. Bundan əlavə, Vivo modeli CPU, GPU və yaddaş performansı üzrə ayrı testlərdə də Xiaomi flaqmanını qabaqlayıb.
Bununla belə, soyutma sistemi baxımından üstünlük Xiaomi 17 Pro Max-a məxsusdur: sınaqlar zamanı onun temperaturu 41°C, vivo X300 Pro-da isə 44,5°C olub.