spot_img
10 сентября, 2025
spot_img
ДомойТехнологииTesla Grok çat-botu ilə təchiz olunmuş yenilənmiş Optimus robotunu nümayiş etdirdi

Tesla Grok çat-botu ilə təchiz olunmuş yenilənmiş Optimus robotunu nümayiş etdirdi

Tesla yeni nəsil humanoid robotu Optimusun təkmilləşdirilmiş versiyasını ictimaiyyətə təqdim edib. Qızılı rəngli korpusa sahib prototip artıq Grok çat-botu ilə işləyir və insanlarla dialoq qura bilir.

Yenilənmiş modeli ilk dəfə Salesforce rəhbəri Mark Benioff görüb və qapalı nümayişdən çəkilmiş videonu sosial şəbəkə X-də paylaşaraq diqqətləri üzərinə çəkib. Sonradan həmin kadrlar YouTube-da da yayımlanıb. Videoda Optimusun suallara cavab verdiyi görünür. Məlumata görə, cavab hazırlamaq üçün robota bir qədər vaxt lazım olur, həmçinin onun hərəkətləri hələlik nisbətən ləngdir.

Dizayn baxımından robot əvvəlki versiyadan da fərqlənir: əl forması daha “insana bənzər” olub, açıq oynaqlar artıq görünmür. Əvvəllər İlon Mask açıqlamışdı ki, yeni Optimus modelində ötürücülər bilək hissəsinə yerləşdiriləcək, barmaqlar isə tros sistemi ilə idarə olunacaq. Bu, insan hərəkətlərini daha dəqiq təqlid etməyə imkan verəcək.

Beləliklə, robot artıq xırda məişət işlərini də görə biləcək — məsələn, ayaqqabı bağlarını bağlamaq kimi.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,886ФанатыМне нравится
1,023ЧитателиЧитать
3,086ЧитателиЧитать
716ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -