İlona Maska məxsus xAI şirkəti, Grok 4 neyron şəbəkəsinə və şəkil generatoru Grok Imagine-ə pulsuz girişin açıldığını elan edib. Artıq rəsmi olaraq dəstəklənən ölkələrdəki X sosial şəbəkəsi istifadəçiləri bu xidmətlərdən abunə olmadan yararlana biləcəklər, amma bəzi məhdudiyyətlərlə.
Rəsmi hesabda yayılan məlumata görə, pulsuz istifadəçilər hər 12 saatda maksimum beş sorğu göndərə biləcəklər. Limit bitdikdən sonra isə taymerin sıfırlanmasını gözləmək və ya aylıq 30 dollar dəyərində SuperGrok abunəsi almaq təklif olunacaq.
Grok 4 xAI şirkətinin ən ağıllı neyron şəbəkəsi kimi təqdim olunur və həm praktiki, həm də yaradıcılıq yönümlü tapşırıqları həll edə bilir. Bəzi göstəricilərdə o, Gemini 2.5 Pro və Claude Opus kimi rəqiblərini geridə qoyub.