Mercedes-Benz 1000 km məsafə qət edə bilən yeni nəsil elektrik avtomobillərini sınaqdan keçirməyə başlayıb. Bu nəticə, Mercedes-in Formula 1-in törəmə şirkəti olan Mercedes-AMG High Performance Powertrains ilə birlikdə hazırladığı «bərk hal elektrolit» texnologiyası sayəsində mümkün olub.
Yeni batareyalar ənənəvi litium-ion akkumulyatorlarla müqayisədə təxminən 25% daha çox məsafə təmin edir. Məsələn, hazırkı Mercedes EQS 450+ modelində bu texnologiya ilə təxminən 998 km yürüş ehtiyatına çatmaq mümkündür.
Mercedes mühəndislərinin fikrincə, bu texnologiya təkcə məsafəni artırmır, həm də istehsal xərclərini azaldır, batareyaların istiyə və aşınmaya davamlılığını artırır. Mercedes-in inkişaf üzrə rəhbəri Markus Şefer bildirib ki, «bərk hal» batareyalar 2025-ci ilin sonuna qədər kütləvi istehsala daxil ediləcək və 2030-cu ilə qədər bu texnologiyaya sahib ilk seriya elektromobilləri satışa çıxacaq.Bu sahədə təkcə Mercedes çalışmır. Hyundai, Stellantis, Volkswagen, Toyota, Nissan, Honda, BYD və CATL də oxşar texnologiyalar üzərində işləyirlər. Hətta ABŞ-ın MG şirkəti MG4 modelinin yarı bərk hal batareyaya sahib ilk kütləvi elektrik avtomobili olacağını bəyan edib.