Razer şirkəti yeni HyperFlux V2 adlı siçan altlığını təqdim etdi. Bu altlıq kompüterə USB vasitəsilə qoşulur və yalnız siçanı şarj ilə təmin etməklə kifayətlənmir, həm də simsiz klaviaturadan gələn siqnalı qəbul edərək birbaşa qəbuledici (resiver) kimi fəaliyyət göstərir. Lakin bu altlıqda nə smartfonu, nə də ağıllı saatı şarjlamaq mümkün deyil.
İlk nəsil HyperFlux modeli yalnız bir mouse — Razer Mamba ilə uyğun gəlirdi. Yeni versiya isə Basilisk V3 Pro, Cobra Pro və Naga V2 Pro modellərini də dəstəkləyir. Qurğunun kompüterə qoşulması üçün xüsusi çıxarıla bilən “şayba” formasında dongl (adapter) təqdim olunur və bu da dəstəyə daxildir.
Altlığın iki fərqli versiyası mövcuddur: biri parça örtüklü, digəri isə plastik səthlidir. Cİhazın qiyməti 120 ABŞ dollardır.