spot_img
17 мая, 2025
spot_img
ДомойСайтыНовинкиApple və Universal Music-dən yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün musiqi layihəsi buraxıldı

Apple və Universal Music-dən yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün musiqi layihəsi buraxıldı

Apple və Universal Music Group birlikdə Apple Music platformasında yeni audio format – Sound Therapy (Səs Terapiyası) adlı xüsusi musiqi siyahılarını təqdim ediblər. Bu musiqilər istifadəçilərin psixoloji vəziyyətini yaxşılaşdırmaq məqsədilə hazırlanıb.

Layihə çərçivəsində Katy Perry, Imagine Dragons kimi məşhur ifaçıların bəzi mahnıları yenidən işlənib. Musiqilər psixoakustika və kognitiv elmlər nəzərə alınaraq prodüserlər, alimlər və səs mühəndisləri tərəfindən hazırlanıb.

Universal Music tərəfindən yaradılmış Sollos adlı səs platforması vasitəsilə treklərə xüsusi səs dalğaları əlavə edilib:

  • Teta dalğaları – rahatlama üçün

  • Delta dalğaları və çəhrayı səs – yuxunu yaxşılaşdırmaq üçün

  • Qamma ritmləri – diqqəti artırmaq üçün

Apple bu musiqi siyahılarını sakit mühitdə və ya qulaqcıqla azı 20 dəqiqə dinləməyi tövsiyə edir ki, maksimal effekt əldə olunsun.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,936ФанатыМне нравится
1,026ЧитателиЧитать
3,086ЧитателиЧитать
712ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -