Samsung, adətən ilin sonunda təqdim etdiyi Galaxy S25 FE modelini bu dəfə daha tez — artıq payızda təqdim edə bilər. Digital Trends portalının məlumatına görə, ABŞ versiyası üçün proqram təminatının (SM-S731U, versiya S731USQU0AYDH) artıq hazır olması smartfonun aktiv şəkildə inkişaf etdirildiyini göstərir. Bu da Galaxy S25 Edge modelinə görə bu il FE-nin buraxılmayacağı ilə bağlı narahatlıqları aradan qaldırır.
FE seriyası adətən flaqman funksiyalarını daha münasib qiymətə təqdim edir və Galaxy S25 FE də bu ənənəni davam etdirəcək. Cihazın Exynos 2400e prosessoru ilə təchiz olunacağı gözlənilir — bu çip Galaxy S24 FE-də də istifadə olunub, lakin əsas S25 modellərindəki Snapdragon 8 Elite-dən zəifdir.
Kamera baxımından Galaxy S25 FE-nin əsas versiyaya yaxın olacağı gözlənilir: 50 MP əsas kamera, 12 MP ultra-geniş bucaqlı obyektiv və 3x zoom imkanlı 8 MP teleobyektiv. Ekran ölçüsünün 6,7 düym olacağı və dizayn baxımından daha nazik olması ehtimal edilir — bu, son dövrlərin «slim» trendinə uyğundur.