spot_img
21 ноября, 2024
ДомойТелекомСобытияAzərbaycan Turizm Bürosu İT sistemlərini «Hökumət buludu»na köçürüb

Azərbaycan Turizm Bürosu İT sistemlərini «Hökumət buludu»na köçürüb

«Hökumət buludu»nun (G-cloud) yaradılması və «bulud» xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında» Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanının icrası davam etdirilir.

Fərmanın icrası çərçivəsində informasiya sistemləri və ehtiyatlarını «Hökumət buludu»na köçürən növbəti dövlət qurumu Azərbaycan Turizm Bürosu (ATB) olub.

ATB bütün informasiya sistemləri və ehtiyatlarını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyindəki «AznTelecom» MMC-yə məxsus Bakı Data Mərkəzinə yerləşdirib. Büro İT sistemlərini «Hökumət buludu»na yerləşdirməklə kritik sistemlərin yüksək əlçatanlığını təmin edib. «AzInTelecom» tərəfindən ATB-yə Virtual server – IaaS (İnfrastructure-as-a-Service) və Rezervlənmə – BaaS (Backup-as-a-Service) «bulud» xidmətlərinin göstərilməsi təmin olunub.

Qeyd edək ki, RİNN tərəfindən həyata keçirilən «Hökumət buludu» layihəsinin icraçısı nazirliyin tabeliyindəki «AzInTelecom» MMC-dir. Layihə çərçivəsində dövlət qurumlarının İT sistemlərinin «AzInTelecom»a məxsus Bakı və Yevlax Data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir. Dövlət qurumlarının «Hökumət buludu»na miqrasiyası ilə cari İT xərcləri azalır və informasiya sistemlərinin məhsuldarlığı artır. Beləliklə, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksəkkeyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.

«AzInTelecom» MMC Azərbaycan və Cənubi Qafqaz regionunda «TIER III» Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Şirkətə məxsus Data mərkəzləri, həmçinin «ISO 20000», «ISO 22301» və «ISO 27001» sertifikatlarının tələblərini ödəyir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,991ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -