Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza Yelo Bank-la yeni tərəfdaşlığa start verib.
Artıq bankın “Onlayn Əmanət” xidmətindən “SİMA İmza” vasitəsilə filiala getmədən yararlanmaq mümkündür. Müştərilər bir neçə dəqiqəyə “Yelo” mobil tətbiqində “Yelo Sabit” və “Yelo Yığım” əmanət məhsullarını əldə edə bilərlər. Xidmətdən istifadə zamanı heç bir fiziki sənəd tələb edilmir.
Əmanət məbləğini həm Yelo Bank-dan olan kart və ya cari hesabdan, həmçinin tətbiqə əlavə edilmiş digər bank kartlarının balansından köçürmək mümkündür. Müştəri tətbiqdə bütün mərhələləri tamamladıqdan sonra sənədləri “SİMA İmza” ilə imzalayaraq bütün prosesi tam onlayn şəkildə reallaşdırmış olur. Müraciət təsdiqləndikdən dərhal sonra əmanət hesabı aktivləşir. Bundan sonra müştərilər “Yelo” mobil tətbiqində qazancına 24/7 nəzarət edə bilərlər.
Qeyd edək ki, bu, “SİMA İmza”nın Yelo Bank ilə ilk tərəfdaşlığı deyil. Daha əvvəlki (2022-ci ildə olan) tərəfdaşlığa əsasən Yelo Bank-ın müştəriləri “Yelo” mobil tətbiqində “SİMA İmza” ilə qeydiyyatdan keçə bilirlər.
“SİMA İmza”nı əldə etmək üçün heç yerə getməyə ehtiyac yoxdur. Sadəcə mobil telefona “SİMA İmza” tətbiqini yükləmək kifayətdir. Tətbiqdən istifadə vətəndaşlar üçün tam pulsuzdur. SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.