OPPO şirkəti yeni Find X6 seriyalı smartfonlar üçün tizer yayımladı. Şəkildəki yazıda serianın mart ayında təqdim ediləcəyi və cihazların özlərinin «ilin flaqmanları»olacağı bildirilir.
Seriyanın xüsusiyyətləri yalnız söz-söhbətlərin və insayderlərin sayəsində məlumdur. Gözlənildiyi kimi, şirkət baza ilə «Pro» modelini təqdim edəcək. «Pro» modeli 6,7 düymlük 2K Samsung AMOLED E6 displey, Qualcomm Snapdragon 8 Gen 2 prosessoru, 8/12 GB LPDDR5X operativ yaddaş, 512 GB-a qədər UFS 4.0 daimi yaddaş və üç 50 MP kamera əldə edə bilər.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az