Realme yeni orta səviyyəli smartfonunu təqdim etdi. Hələlik onu yalnız Çində tapmaq olar, lakin sonradan cihazın başqa ölkələrə də gətirilməsi mümkündür.
Böyük batareyaya əlavə olaraq (onun tutumu flaqman iPhone 14-dən daha böyükdür), qadcet 90 Hz yeniləmə tezliyi olan 6,56 düymlük ekrana malikdir. Lakin çip bizi ruhdan saldı — smartfonun işinə iki yaşlı Dimensity 700 cavabdehdir.
Realme v23i-in xüsusiyyətləri:
- Ekran: 6,56″ LCD, HD+, 90Hz;
- Prosessor: MediaTek Dimensity 700;
- Yaddaş: 4/128 GB;
- Kamera: əsas 13 MP; 2 MP dərinlik sensoru; frontal 8 MP;
- Batareya: 5000mAh, 10W şarj;
- ƏS: Realme UI 3.0-dan Android 12.
Cihaz iki rəngdə mövcuddur — mavi və qara. Gizmochina-nin verdiyi mlumata görə, qiymət 200 dollar təşkil edir.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az