Apple-ın mövcud olduğu təxminən yarım əsr ərzində çoxlu uğursuz məhsulları olub. Bəs son illərin ən uğursuz qadceti hansıdır?
MacRumors-dakı həmkarlarımızın fikrincə, bu, Apple Card kredit kartıdır. Onlar bunu 2019-cu ildə istifadəyə veriləndən bəri layihənin ABŞ-dan kənarda görünməməsi ilə izah edirlər.
Jurnalistlərin fikrincə, hadisənin səbəbini hələ o vaxt, üç il əvvəl Apple rəhbəri özü açıqlayıb. Tim Kuk qeyd edib ki, şirkət qlobal istifadəçilərə kredit kartı təklif etməyə hazırdır. Ancaq bir əsas məqam var — müxtəlif ölkələrdə xidmət qaydaları bir-birindən çox fərqlidir.
Xatırladaq ki, Apple Card Apple Pay ilə birlikdə istifadə olunur. Eyni zamanda, Goldman Sachs və Mastercard ABŞ-da tərəfdaş kimi çıxış edirlər.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az