Redmi K50-nin flaqman xətti Ultra prefiksli yeni modellə tamamlandı. Bu, brendin ən yüksək səviyyəli Snapdragon 8+ Gen 1 prosessoruna əsaslanan ilk smartfonudur. Eyni zamanda o, vizual olaraq əvvəllər buraxılmış Xiaomi 12S Pro-ya bənzəyir, lakin texniki cəhətdən cihazlar fərqlidir.
Redmi K50 Ultra 2712×1220 piksel təsvir ölçüsünə və 68,7 milyard rəng göstərmək qabiliyyətinə malik 6,7 düymlük 12 bitlik AMOLED ekran ilə təchiz edilib. Ekran 120Hz-ə qədər adaptiv yeniləmə sürətlərini və HDR10+ yüksək dinamik diapazonunu dəstəkləyir. Ekrana barmaq izi skaneri quraşdırılıb. Alt çərçivənin qalınlığı 2,2 mm-dir.
Flaqman Snapdragon 8+ Gen 1 prosessorundan əlavə, smartfon 12 GB-a qədər operativ yaddaşa və 512 GB-a qədər yaddaşa malikdir. Muxtariyyətə, 120 Vt sürətli şarj dəstəyi ilə 5000 mAh batareya cavabdehdir.
Arxa paneldə üçlü kamera: 108MP əsas modul, 120 dərəcə baxış sahəsi ilə 8MP ultra geniş bucaq və 2MP makro modul. Selfie kamera: 20 meqapiksellik sensor.
Smartfonda Dolby Atmos-u dəstəkləyən stereo dinamiklər və təmassız ödəniş üçün NFC modulu var.
Redmi K50 Ultra aşağıdakı modifikasiyalarda mövcuddur:
- 8 + 128 GB — 445 dollar
- 8 + 256 GB — 460 dollar
- 12 + 256 GB — 505 dollar
- 12 + 512 GB — 549 dollar
Mercedes-AMG-nin 12 + 512 GB-a malik xüsusi versiyasının qiyməti isə 623 dollardır.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az