Məlum oldu ki, Çin şirkəti həqiqətən də çoxdan gözlənilən flaqman — Xiaomi 12-nin təqdimatına hazırlaşır. Son məlumatlara görə, şirkət artıq Qualcomm-un Snapdragon 989 çipi əsasında yeni məhsulların kütləvi istehsalına başlayıb.
Smartfonun təqdimatının yalnız dekabrda gözlənildiyini nəzərə alsaq, Xiaomi ehtiyatını kifayət qədər sayda cihazla doldurmaq üçün hələ kifayət qədər vaxtı var.
Xatırladaq ki, insayderlərdən gələn şayiələr eyni anda bir neçə Xiaomi 12 modelinin ortaya çıxacağını proqnozlaşdırmışdı. Gözlənilən Xiaomi 12, Xiaomi 12 Pro və Xiaomi 12 Ultra ilə yanaşı, şirkət “qəfil” Xiaomi 12 mini də təqdim edə bilər.
Onu da qeyd edirik ki, ən son şayiələr gələcək flaqman xəttinin arxa panelinin dizaynının nəzərəçarpacaq dərəcədə yeniləməsindən xəbər verir.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az