Redmi CEO-su Liu Weibin, Weibo sosial şəbəkəsində yeni bir yazı dərc edərək, qabaqcıl prosessor MediaTek Dimensity 2000-dən bəhs etdi. İnsayderlərin sözlərinə görə, o, bu xüsusi CPU modelinin yeni flaqman — Redmi K50-ni alacağına işarə edib.
Dimensity 2000 Snapdragon 898-ə bənzəyir. Hər iki platforma səkkiz nüvədən istifadə edir: biri böyük, üçü səmərəli və dörd enerjiyə qənaət edən. İlkin məlumatlara görə, MediaTek flaqmanı artıq AnTuTu mobil bençmarkasında bir milyon ballıq baryeri aşmağa müvəffəq olub.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az