Qlobal kriptovalyuta bazarının kapitallaşması bu ilin mayından ilk dəfə olaraq 2 trilyon ABŞ dollarını keçib.
Məlumata görə, kriptovalyuta bazarının kapitallaşması Bitcoin-in dəyərinin artması fonunda gedir. Onun qiyməti son sutkada 2,1% artaraq 47 292ABŞ dollarına çatıb.
Əsas kriptovalyuta 892 milyard ABŞ dollarlıq kapitallaşma ilə bazarın 43,8 %-nə sahibdir. Bu, hələ də bu ilin aprelində qeydə alınan 1,2 trilyon ABŞ dollarlıq tarixi maksimumdan xeyli aşağıdır.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az