spot_img
24 ноября, 2024
ДомойТехнологииПланшетыHuawei öz əməliyyat sistemi ilə işləyəcək ilk planşetini təqdim edəcək

Huawei öz əməliyyat sistemi ilə işləyəcək ilk planşetini təqdim edəcək

Huawei şirkəti MatePad Pro planşetinin ikinci nəslini buraxmağa hazırlaşır. Cihaz şirkətin öz istehsalı olan HarmonyOS əməliyyat sistemi ilə təmin olunacaq.

Kod adı Wanger olan bu planşet Çin tənzimləyicisi TENAA-nın məlumat bazasında görünüb. Sertifikatlaşmış məlumatlara görə, MatePad Pro 2 beşinci nəsil şəbəkələrdə işləmək üçün dəstək alacaq. Bundan əlavə, planşet Huawei tərəfindən Android-in əvəzləyicisi olaraq hazırlanmış HarmonyOS əməliyyat sisteminin avtomatik olaraq quraşdırıldığı ilk cihaz olacaq.

Ola bilsin, yeni nəsildə IPS ekranını AMOLED matrisi əvəz edəcək. Ekranın diaqonalı 12,6 düym olacaq. HiSilicon Kirin 9000 SoC prosessorundan istifadə oluncağı isə artıq insayderlər tərəfindən təsdiqlənib.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,989ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -