ДомойSoftwareМобильные приложенияWhatsApp-da mesajları əvvəlcədən planlaşdırmaq mümkün oldu

WhatsApp-da mesajları əvvəlcədən planlaşdırmaq mümkün oldu

WhatsApp istifadəçilərin çoxdan gözlədiyi funksiyalardan birini istifadəyə verməyə başlayıb. Artıq messencerdə həm şəxsi, həm də qrup çatlarında mesajların göndərilməsini əvvəlcədən planlaşdırmaq mümkündür. Yenilik mərhələli şəkildə təqdim olunur və yaxın həftələr ərzində bütün dünyada əlçatan olacaq.

Yeni funksiyadan istifadə qaydası olduqca sadədir. Mesajı yazdıqdan sonra «Göndər» düyməsini basıb saxlamaq və açılan menyudan mesajın göndəriləcəyi tarixlə saatı seçmək kifayətdir.

Mesajları həm şəxsi, həm də qrup çatlarında 10 dəqiqədən 14 günədək müddətə planlaşdırmaq mümkündür. İstifadəçilər əvvəlcədən təyin etdikləri mesajların siyahısına baxa və göndərilmə vaxtı çatmamış istənilən mesajı silə biləcəklər. Funksiya yalnız mətnlərə deyil, media fayllarına da şamil olunur.

Daha bir vacib detal: mesajlar seçilmiş vaxtda, hətta smartfon söndürülmüş və ya şarjı tamamilə bitmiş olsa belə, avtomatik göndəriləcək. Üstəlik, planlaşdırılmış mesajlar da WhatsApp-ın başdan-başa şifrələmə sistemi ilə qorunacaq.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,675ФанатыМне нравится
1,003ЧитателиЧитать
3,086ЧитателиЧитать
717ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -