ДомойТехнологииГаджетыHuawei Watch Air — cəmi 6,9 mm qalınlığında titan korpuslu ağıllı saat

Huawei Watch Air — cəmi 6,9 mm qalınlığında titan korpuslu ağıllı saat

Huawei Çində keçirilən təqdimatında yeni ağıllı saatı Watch Air modelini nümayiş etdirib. Cəmi 6,9 mm qalınlığında olan saat titan ərintisindən hazırlanmış korpusa və cəmi 27 qram çəkiyə malikdir. Cilalanmış səthə sahib korpusun yüngüllüyü sayəsində cihaz biləkdə demək olar ki, hiss olunmur.

Saatın ön hissəsində sapfir şüşə ilə qorunan 1,92 düymlük AMOLED ekran yerləşir. Ekranın çərçivələri cəmi 1,4 mm enindədir. LTPO 2.0 texnologiyası yenilənmə tezliyini adaptiv şəkildə tənzimləyir, maksimal parlaqlıq isə 3500 nitə çatır. Bu da günəş ışığının birbaşa düşdüyü şəraitdə belə ekrandakı məlumatları rahat oxumağa imkan verir.

Huawei Watch Air sağlamlıq göstəricilərinin izlənməsinə də geniş imkanlar təqdim edir. Saat ürək döyüntüsünü, qandakı oksigen səviyyəsini, stressi, yuxu keyfiyyətini və yuxu apnesinin əlamətlərini izləyir. Bundan əlavə, EKQ çəkə və ürək ritminin dəyişkənliyini ölçə bilir.

Xüsusi rejim vasitəsilə bir toxunuşla orqanizmin 16 göstəricisi üzrə ümumi hesabat əldə etmək mümkündür. Daha sonra daxili süni intellekt alqoritmləri göstəricilərin dəyişməsini təhlil edir və mümkün kənarlaşmalar barədə xəbərdarlıq edir. Model həmçinin diabet və sidik turşusunun səviyyəsinin yüksəlməsi risklərini qiymətləndirir. Çindəki istifadəçilər isə ürəyin işemik xəstəliyinə və qanda şəkərin səviyyəsinə nəzarətlə bağlı tədqiqat proqramlarına qoşula bilərlər.

Screenshot

Nazik korpusuna baxmayaraq, Watch Air adi istifadə rejimində 5 günədək işləyə bilir. Cəmi 10 dəqiqəlik sürətli naqilsiz şarj doldurma isə bir günlük istifadə üçün kifayət edən enerji ehtiyatı yaradır. Saat IP6x və 5 ATM standartlarına uyğun qorunur, 50 metr dərinliyədək suya davam gətirir. HarmonyOS, Android və iOS əməliyyat sistemli smartfonlarla da uyğun işləyir.

Huawei Watch Air qara, gümüşü və qızılı rənglərdə satışa çıxacaq. Kəmər ölçüsü 120–190 mm olan versiya 375 dollara, 140–210 mm ölçülü variant isə 450 dollara təklif ediləcək.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,679ФанатыМне нравится
1,004ЧитателиЧитать
3,086ЧитателиЧитать
717ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -