ДомойSoftwareИгрыGTA VI satışlardan 2,36 milyard dollar qazandı

GTA VI satışlardan 2,36 milyard dollar qazandı

GTA VI-nın satışa çıxışı oyun sənayesində böyük maliyyə rekorduna çevrilib. Sensor Tower-in məlumatına görə, ABŞ vaxtı ilə noyabrın 19-u axşamına qədər oyunun əvvəlcədən sifarişlər də daxil olmaqla rəqəmsal satışları 24,6 milyon nüsxəyə çatıb. Bu satışlar təxminən 2,36 milyard dollar gəlir gətirib.

Sensor Tower-in videooyun analitikası üzrə baş vitse-prezidenti Karl Kontus Deadline-a açıqlamasında bildirib ki, layihə yalnız öncədən sifarişlər hesabına 2 milyard dollardan çox gəlir əldə edib. Satışların əsas hissəsi PlayStation 5 istifadəçilərinin payına düşüb: bu platformada 18,44 milyon nüsxə satılıb və 1,77 milyard dollar gəlir əldə olunub. Bu, ümumi satışların təxminən 75%-idir. Xbox Series X|S istifadəçiləri isə 6,15 milyon nüsxə alaraq 588 milyon dollar xərcləyiblər.

Bu nəticələr seriyanın əvvəlki oyunu GTA V-in göstəricilərini xeyli geridə qoyur. Guinness Rekordlar Kitabının məlumatına əsasən, 2013-cü ildə PlayStation 3 və Xbox 360 üçün satışa çıxan GTA V ilk 24 saat ərzində 11,21 milyon nüsxə satılmış və 815,7 milyon dollar gəlir gətirmişdi. Beləliklə, GTA VI əvvəlcədən sifarişlər də nəzərə alınmaqla satılan nüsxələrin sayına görə sələfini iki dəfədən çox, gəlir baxımından isə təxminən üç dəfə üstələyib.

Gəlirin artmasına son on ildə oyunların qiymətinin yüksəlməsi də təsir edib. GTA VI-nın standart versiyası ABŞ-da 79,99 dollar, Avropada isə 79,99 avroya satılır. Ultimate Edition versiyasının qiyməti müvafiq olaraq 99,99 dollar və 99,99 avrodur.

Bununla belə, oyunun nəşri Take-Two Interactive hələlik satışlarla bağlı rəsmi statistika açıqlamayıb və layihənin yekun büdcəsini paylaşmayıb. Sənaye analitiklərinin hesablamalarına görə, GTA VI-nın hazırlanması və marketinqinə 1–1,5 milyard dollar xərclənmiş ola bilər.

Oyunun gəlirliliyini dəqiq hesablamaq üçün PlayStation və Xbox rəqəmsal mağazalarının komissiyalarını da nəzərə almaq lazımdır. Platformaların standart komissiyası təxminən 30% təşkil edir, lakin bu miqyasda oyunlar üçün naşirlər bəzən fərdi şərtlər əldə edə bilirlər. Buna baxmayaraq, indiki satış həcmi GTA VI-nın fiziki nüsxələrdən gələn gəlir nəzərə alınmadan belə, ilk günlərdə istehsal xərclərini çıxarmağa yaxınlaşdığını göstərir.

Oyunun gələcək satışları üçün vacib mənbələrdən biri də PC versiyası olacaq. Hazırda GTA VI yalnız yeni nəsil konsollarda mövcuddur. Rockstar Games kompüter versiyasının çıxış tarixini hələ açıqlamayıb. Seriyanın əvvəlki oyunlarında olduğu kimi, PC versiyasının konsol buraxılışından təxminən bir və ya il yarım sonra təqdim olunacağı gözlənilir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,684ФанатыМне нравится
1,006ЧитателиЧитать
3,086ЧитателиЧитать
717ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -