ДомойSoftwareИгрыEpic Games Store-də oyun həvəskarlarına sürpriz — Cardpocalypse pulsuz oldu

Epic Games Store-də oyun həvəskarlarına sürpriz — Cardpocalypse pulsuz oldu

Epic Games Store növbəti pulsuz oyun paylanmasına start verib. Bu həftə istifadəçilər Cardpocalypse kart döyüş oyununu və Albion Online üçün “Epic Mage” dəstini heç bir ödəniş etmədən əldə edə bilərlər.

Təkliflər 27 avqust saat 20:00-a (Bakı vaxtı) qədər aktiv olacaq.

2020-ci ildə təqdim olunan Cardpocalypse istifadəçilərdən çox müsbət rəylər alıb. Oyunda kart döyüşləri ilə yanaşı, 1990-cı illərdə uşaqlıq mövzusunda qurulmuş qeyri-adi süjet də təqdim olunur. Oyunçular xüsusilə döyüşlərin kifayət qədər çətin olmasını və janr üçün maraqlı hesab edilən hekayəni qeyd edirlər. Rəngarəng cizgi filmi üslubunda hazırlanmış vizual dizayn isə oyuna ayrıca ab-hava qatır.

Digər hədiyyə isə Albion Online MMORPG-si üçün hazırlanmış “Epic Mage” dəstidir. Burada sehrbaz obrazını inkişaf etdirmək və sehrlərdən daha effektiv istifadə etmək istəyən oyunçular üçün müxtəlif bonuslar və avadanlıqlar yer alır.

Epic Games Store artıq növbəti «paylanmanın» oyunlarını da açıqlayıb. 27 avqust axşamından etibarən istifadəçilər kosmosda sağ qalma mövzusunda Breathedge və at yarışlarını simulyasiya edən Rival Stars Horse Racing: Desktop Edition oyunlarını pulsuz əldə edə biləcəklər.

 

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,736ФанатыМне нравится
1,008ЧитателиЧитать
3,086ЧитателиЧитать
719ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -