Google yeni Made by Google tədbirini rəsmi olaraq elan edib. Tədbirdə şirkət yeni nəsil Pixel 11 smartfonlarını, eləcə də bir sıra yeni aksesuar və markalı cihazlarını təqdim edəcək.
Yayımlanan rəsmi renderə əsasən, Google Pixel 11 seriyasının təqdimatı 12 avqust tarixində baş tutacaq. Ötən il olduğu kimi, bu dəfə də seriyaya dörd model daxil olacaq: Pixel 11, Pixel 11 Pro, Pixel 11 Pro XL və qatlanan flaqman Pixel 11 Pro Fold. Bundan əlavə, Google yeni simsiz qulaqlıqlarını və ağıllı saatlarını da nümayiş etdirəcək.
İlkin məlumata görə, seriyadakı bütün smartfonlar 2 nanometrlik Tensor G6 prosessoru ilə təchiz ediləcək. Digər mühüm yenilik isə yaddaş həcmi ilə bağlıdır. Artıq baza versiyası 128 GB deyil, 256 GB daxili yaddaşla satışa çıxacaq. Beləliklə, Pixel 11 ailəsinin bütün modelləri minimum 256 GB yaddaş təklif edəcək.
Yaddaş həcminin artırılması istifadəçilər üçün daha geniş imkanlar yaratsa da, bunun smartfonların satış qiymətinin də yüksəlməsinə səbəb olacağı gözlənilir.









