ДомойТелекомСобытияApple-ın bazar dəyəri 5 trilyon dolları ötdü

Apple-ın bazar dəyəri 5 trilyon dolları ötdü

Apple fond bazarında daha bir tarixi uğura imza atıb. Bugünkü ticarət sessiyası zamanı şirkətin bazar kapitallaşması ilk dəfə 5 trilyon dolları ötüb, səhmlərinin qiyməti isə 1,8% artaraq 342,89 dollara yüksəlib.

Beləliklə, Apple tarixdə 5 trilyon dollarlıq bazar dəyərinə çatan ikinci şirkət olub. Günün sonunda səhmlərin qiymətində cüzi korreksiya baş verib və şirkətin bazar kapitallaşması təxminən 4,94 trilyon dollara enib. Buna baxmayaraq, Apple S&P 500 indeksinin ən dəyərli şirkəti statusunu qoruyur.

Xatırladaq ki, 5 trilyon dollar həddini ilk keçən şirkət Nvidia olmuşdu. Şirkət bu rekorda 2025-ci ilin oktyabrında imza atmış, 2026-cı ilin may ayının ortalarında isə onun bazar kapitallaşması 5,7 trilyon dollara yüksəlmişdi.

Lakin son iki ay ərzində süni intellekt infrastrukturu üçün böyük xərclərlə bağlı investor narahatlıqları fonunda Nvidia səhmləri ucuzlaşıb. Nəticədə şirkətin bazar dəyəri təxminən 1 trilyon dollar azalaraq əvvəlki rekord səviyyədən geri çəkilib.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,745ФанатыМне нравится
1,010ЧитателиЧитать
3,086ЧитателиЧитать
719ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -