spot_img
8 июня, 2026
ДомойТехнологииСмартфоныOnePlus Turbo 6X və 6X Pro-nun təqdimat tarixi açıqlandı

OnePlus Turbo 6X və 6X Pro-nun təqdimat tarixi açıqlandı

OnePlus şirkəti yeni nəsil Turbo seriyalı smartfonlarının təqdimat tarixini rəsmi şəkildə elan edib. Eyni zamanda, Turbo 6X və Turbo 6X Pro modelləri üçün ön sifarişlərin qəbulu başlayıb. Təqdimatdan əvvəl yayımlanan rəsmi tizerlər isə cihazların dizaynını tam şəkildə ortaya qoyub.

Şirkətin açıqlamasına görə, OnePlus Turbo 6XOnePlus Turbo 6X Pro smartfonları iyunun 10-da Çində təqdim ediləcək. Yeni modellər yüksək performans və uzunmüddətli avtonom işləmə imkanları ilə diqqət çəkməyə hazırlaşır.

Seriyanın ən güclü nümayəndəsi olan OnePlus Turbo 6X Pro smartfonu MediaTek-in yeni Dimensity 7400 Super prosessoru ilə təchiz ediləcək. Qurğu həmçinin 8000 mAh tutumlu nəhəng batareya və 1,5K təsvir ölçüsünə malik AMOLED ekran əldə edəcək.

Standart OnePlus Turbo 6X modeli isə MediaTek Dimensity 7360 Super prosessoru, 7000 mAh batareya və AMOLED displeylə təchiz olunacaq. Beləliklə, hər iki smartfon uzun enerji ehtiyatı və gündəlik istifadə üçün yüksək məhsuldarlıq vəd edir.

Xatırladaq ki, təqdimatdan əvvəl hər iki model artıq Çinin TENAA sertifikatlaşdırma bazasında və Google Play Console platformasında qeydə alınıb. Bu da cihazların yaxın zamanda qlobal bazarlara çıxış ehtimalını artırır.

OnePlus-un yeni Turbo seriyası xüsusilə böyük batareya tutumu və yeni nəsil MediaTek prosessorları sayəsində orta qiymət seqmentində ciddi rəqabət yaratmağa namizəddir. Bütün texniki detallar və qiymətlər isə artıq iyunun 10-da keçiriləcək rəsmi təqdimatda məlum olacaq.

 

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,766ФанатыМне нравится
1,009ЧитателиЧитать
3,086ЧитателиЧитать
719ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -