YouTube platformasında artıq qısa videoların (Shorts) göstərilməsini deaktiv etmək mümkündür. Bu bölmə uzun müddətdir tətbiqin ayrılmaz hissəsinə çevrilsə də, bütün istifadəçilər tərəfindən birmənalı qarşılanmırdı.
Hələ 2025-ci ilin oktyabrında YouTube Shorts üçün “taym-menecment” funksiyasını elan etmişdi. Yanvar ayında bu imkan bəzi istifadəçilərə valideyn nəzarəti aləti kimi təqdim olundu, indi isə bu funksiyaya daha maraqlı bir yenilik əlavə olunub.
Artıq istifadəçilər Shorts bölməsinin göstərilmə limitini sıfıra endirə bilərlər. Bu seçim aktiv olduqda, qısa videolar lentdə ümumiyyətlə görünməyəcək və həmin bölmənin yerində yalnız bildiriş göstəriləcək.
Yenilik yaxın zamanda bütün YouTube istifadəçiləri üçün mərhələli şəkildə əlçatan olacaq.






