spot_img
28 апреля, 2026
ДомойТехнологииГаджетыSamsung-un ağıllı eynəklərinin fotoları təqdim edildi

Samsung-un ağıllı eynəklərinin fotoları təqdim edildi

Samsung-un ilk ağıllı eynəkləri barədə yeni detallar ortaya çıxıb. Tanınmış insayder OnLeaks Jinju kod adlı modelin dizaynını yüksək keyfiyyətli render fotolarını nümayiş etdirib.

Yeni cihaz Galaxy XR kimi böyük qurğu olmayacaq — əksinə, adi eynək formasında hazırlanacaq. Lakin onun daxilində kamera, süni intellekt və digər “ağıllı” funksiyalar gizlənəcək. Eynəklər Android XR platformasında işləyəcək.

Maraqlıdır ki, ilk versiyada ümumiyyətlə ekran olmayacaq. Samsung əsas diqqəti səsli idarəetməyə, Gemini süni intellektinə, kameralara və audio imkanlarına yönəldir.

Məlumata görə, cihaz Snapdragon AR1 prosessoru, 12 MP Sony kamerası, istiqamətli dinamiklər və fotoxrom linzalarla təchiz olunacaq. Bütün bunlar təxminən 50 qramlıq yüngül korpusda yerləşdiriləcək.

Funksiyalar arasında foto çəkmək, mətnləri tərcümə etmək, marşrut göstərmək və suallara cavab vermək kimi imkanlar var — yəni eynəklər gündəlik həyatda real köməkçi rolunu oynaya bilər.

İddialara görə, təqdimat artıq gələn ay Google I/O konfransında baş tuta bilər. Qiymətin isə 379–499 dollar aralığında olacağı gözlənilir.

Bundan əlavə, mənbələr bildirir ki, Samsung artıq daha inkişaf etmiş — micro-LED displeyli versiya üzərində də işləyir. Onun 2027-ci ildə təqdim olunacağı ehtimal edilir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,777ФанатыМне нравится
1,029ЧитателиЧитать
3,086ЧитателиЧитать
717ПодписчикиПодписаться
- Реклама -
- Реклама -