spot_img
30 апреля, 2026
ДомойТехнологииСмартфоныMotorola üç yeni qatlanan Razr smartfon modelini təqdim etdi

Motorola üç yeni qatlanan Razr smartfon modelini təqdim etdi

Motorola yeni nəsil qatlanan smartfonlarını — Motorola Razr 2026 seriyasını təqdim edib. Xəttə üç model daxildir: Razr, Razr+ və Razr Ultra. Şirkət xüsusilə baza modelini ciddi şəkildə təkmilləşdirib.

Razr 2026 modeli MediaTek Dimensity 7450X çipi ilə işləyir və 50 MP əsas + 50 MP ultra-geniş bucaqlı ikiqat kamera ilə təchiz olunub. Batareya 4800 mAh-a qədər artırılıb və təxminən 36 saat işləmə müddəti vəd edilir. Qurğu 6,9 düymlük Extreme AMOLED əsas ekran və 3,6 düymlük xarici displey alıb. ABŞ-da qiyməti 799 dollardır.

Razr+ 2026 daha güclü konfiqurasiya ilə gəlir: 4 düymlük xarici ekran, 6,9 düymlük Dolby Vision dəstəkli əsas displey və Snapdragon 8s Gen 3 prosessoru. Cihaz 4500 mAh batareya 45W naqilli və 15W naqilsiz şarj doldurmanı dəstəkləyir. Qiymət — 1099 dollar.

Ən qabaqcıl model olan Razr Ultra 2026 isə Snapdragon 8 Elite çipi, üçlü 50 MP kamera, 7 düymlük daxili ekran və 5000 mAh batareya ilə seçilir. 68W sürətli şarj dəstəyi də var. ABŞ-da satış qiyməti 1499 dollardır.

Bütün modellər süni intellekt imkanları ilə təchiz olunub — kamera funksiyaları və Gemini əsaslı köməkçi dəstəklənir. Qurğular IP48 qoruma standartına malikdir. Ultra modeldə Gorilla Glass Ceramic 3, digər modellərdə isə Gorilla Glass Victus istifadə olunub.

Yeni Razr smartfonları 14 maydan ön sifarişə açılacaq, satışlar isə 21 mayda başlayacaq.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,778ФанатыМне нравится
1,028ЧитателиЧитать
3,086ЧитателиЧитать
717ПодписчикиПодписаться
- Реклама -
- Реклама -