spot_img
13 апреля, 2026
ДомойSoftwareМобильные приложенияİlon Mask XChat messencerini təqdim etdi

İlon Mask XChat messencerini təqdim etdi

İlon Mask özünün yeni messenceri olan XChat-i rəsmi şəkildə təqdim edib və artıq buraxılış tarixini də açıqlayıb. Şirkətin iddiasına görə, bu tətbiq istifadəçilərə reklam və izləmə olmadan maksimum məxfilik təmin edən yeni nəsil ünsiyyət vasitəsi olacaq.

XChat qısa müddət ərzində istifadəyə veriləcək və artıq tətbiqin səhifəsi App Store-da görünüb. Maraqlıdır ki, proqram əvvəlcədən bir neçə dilə tərcümə edilib ki, bu da onun geniş auditoriyaya hesablandığını göstərir.

Rəsmi məlumata görə, XChat-i iOS və iPadOS üçün 17 aprel 2026-cı il tarixindən yükləmək mümkün olacaq. Android versiyası barədə isə hələlik heç bir məlumat paylaşılmayıb.

Tətbiqin əsas üstünlükləri bunlardır:

  • Telefon nömrəsi olmadan qeydiyyat
  • Uçtan-uça şifrələmə
  • Qrup çatları
  • Audio və video zənglər
  • Reklam və trekinqin olmaması
  • Öz-özünə silinən mesajlar
  • Fayl mübadiləsi
  • Grok ilə inteqrasiya
  • Skrinşotların bloklanması
  • Mesajların redaktəsi və iki tərəfli silinməsi

Mask əlavə edib ki, XChat-də “Bitcoin üslubunda şifrələmə” istifadə olunur. Bununla belə, sənədlərdə blokçeyn texnologiyasına birbaşa istinad yoxdur. Tətbiq ümumilikdə 45 dili dəstəkləyir və tələb etdiyi icazələr digər məşhur messencerlərdən ciddi şəkildə fərqlənmir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,782ФанатыМне нравится
1,029ЧитателиЧитать
3,086ЧитателиЧитать
717ПодписчикиПодписаться
- Реклама -
- Реклама -