spot_img
23 апреля, 2026
ДомойТехнологииСмартфоныHonor 600 Pro təqdim olundu: güclü Snapdragon, 200 MP kamera və nəhəng...

Honor 600 Pro təqdim olundu: güclü Snapdragon, 200 MP kamera və nəhəng batareya

Honor yeni flaqman smartfonunu — Honor 600 Pro modelini rəsmi şəkildə təqdim edib. Qurğu tanış dizaynı qorusa da, “daxildə” ciddi yeniliklərlə gəlir: güclü prosessor, rekord parlaqlıq, böyük batareya və uzunmüddətli dəstək.

Smartfon 6,57 düymlük AMOLED ekranla təchiz olunub (2728×1264 piksel, 120 Hz). Pik parlaqlıq 8000 nitə çatır — bu da onu bazarın ən parlaq displeylərindən birinə çevirir. Performansa isə Qualcomm Snapdragon 8 Elite cavabdehdir. O, 12 GB RAM və 256 və ya 512 GB yaddaşla birlikdə işləyir.

Kamera sistemi də diqqət çəkir:

  • 200 MP əsas kamera (OIS)
  • 50 MP telefoto (3,5x optik ZOOM, OIS)
  • 12 MP ultra-geniş bucaq
  • 50 MP ön kamera

Cihazın əsas xüsusiyyətindən biri isə batareyasıdır. Silikon-karbon texnologiyalı 7000 mAh akkumulyator (Avropa versiyasında 6400 mAh) 80W naqilli, 50W naqilsiz və 27W “reverse” enerji paylaşımını dəstəkləyir.

Honor 600 Pro Android 16 əsasında çalışan MagicOS 10 interfeysi ilə işləyir. İstehsalçı 6 il ərzində Android yeniləmələri və təhlükəsizlik patch-ləri vəd edir — bu isə uzunömürlülük baxımından ciddi üstünlükdür.

Korpus IP68, IP69 və IP69K standartlarına uyğun qorunur. Metal çərçivə, ekrana inteqrasiya olunmuş barmaq izi skaneri və süni intellekt funksiyalarını işə salmaq üçün ayrıca düymə də xüsusiyyətlər siyahısına daxildir.

Smartfon artıq Malayziyada ön sifarişə açılıb. 12/256 GB versiyası 784 dollar, 12/512 GB modeli isə 834 dollar qiymətləndirilir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,779ФанатыМне нравится
1,029ЧитателиЧитать
3,086ЧитателиЧитать
717ПодписчикиПодписаться
- Реклама -
- Реклама -