spot_img
11 марта, 2026
spot_img
ДомойSoftwareМобильные приложенияGoogle Play-də “enerji yeyən” tətbiqləri aşkar edən yeni sistem yaradıldı

Google Play-də “enerji yeyən” tətbiqləri aşkar edən yeni sistem yaradıldı

Google Android istifadəçiləri üçün Google Play mağazasında yeni funksiya təqdim edib. Artıq bəzi tətbiqlərin səhifələrində xüsusi xəbərdarlıq nişanı görünür — bu nişan proqramın smartfon batareyasını sürətlə tükətdiyini göstərir.

Bəzi istifadəçilər yeni nişanı artıq 1 martdan etibarən görməyə başlayıb. Lakin yenilənmə bütün regionlara mərhələli şəkildə yayılır və bu proses bir neçə həftə davam edə bilər.

Yeni funksiya Android cihaz sahiblərinin istifadə təcrübəsini yaxşılaşdırmaq və batareya resursunun daha səmərəli istifadə olunmasına kömək etmək məqsədi daşıyır.

Tətbiqlərin “enerji sərfi” avtomatik şəkildə proqramın fəaliyyət loglarına əsasən qiymətləndirilir. Əsas göstəricilərdən biri tətbiqin istifadəçinin xəbəri olmadan smartfonu yuxu rejimindən nə qədər tez-tez «oyatmasıdır». Əgər belə hallar son 28 gün ərzində istifadə sessiyalarının 5%-dən çoxunda baş verirsə və ən azı iki saat davam edirsə, həmin tətbiqin səhifəsində qırmızı xəbərdarlıq nişanı yerləşdirilir.

Belə nişan alan tətbiqlər Google Play-in tövsiyə sistemindən çıxarıla bilər. Bununla belə bəzi proqramlar üçün istisna tətbiq olunur. Məsələn musiqi pleyerləri və naviqasiya tətbiqləri. Bu proqramların arxa planda işləməsi normal sayılır.

Google isə tərtibatçılara tətbiqlərin daha enerji səmərəli işləmə metodlarından istifadə etməyi tövsiyə edir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,800ФанатыМне нравится
1,028ЧитателиЧитать
3,086ЧитателиЧитать
718ПодписчикиПодписаться
- Реклама -
- Реклама -